Azərbaycanın tanınmış jurnalisti vəfat edib -FOTO

Azərbaycanın tanınmış jurnalisti vəfat edib -FOTO
MEDİA
00:13 06.09.2011
2548

Azərbaycanın tanınmış jurnalisti Telman Qafarov dünyasını dəyişib. Azərbaycan Mətbuat Şurası həmkarımızın vəfatı ilə bağlı nekroloq yayıb. Nekroloqda deyilir: “İnsan ömrü uzunluğu ilə deyil, mənalılığı ilə ölçülür. Bu, hər kəsin cəmiyyətdə tutduğu yerin mərtəbəsindən asılı olduğu kimi, peşəsinə verilən dəyəri əməli işi ilə doğrultmasından, incəliklərini duyub sövq almasından, biri-birini əvəzləyən uğurlarından, ən əsası "mən kiməm" sualı qarşısında düşüncələrini bölüşməsindən asılıdır. Suala vicdanla cavab verənlər dünyadan köçəndən sonra da yaşayır, xatırlanırlar. Jurnalistika sahəsində sözünü çoxsaylı məqalələri ilə deyən, həyata baxışı, sağlam düşüncələri ilə tanınan Telman Qafarov (Telman Qafar) da belələrindəndir. Onun haqqında keçmiş zamanda danışmaq nə qədər çətin olsa da, Tanrının hökmü qarşısında acizliyimizi etiraf etməliyik. Hər bir dəyərli insan kimi Telman Qafar da haqq dünyasına qovuşması ilə ətrafındakıları təsirləndirir və onları mərhum yoldaşlarının kimliyini bir anlıq da olsa nəzərdən keçirmək məsuliyyəti ilə yükləyir. Telman Hüseyn oğlu Qafarov 1937-ci ildə İrəvan şəhərində fəhlə ailəsində anadan olmuşdur. On yaşında olarkən ailəsi Azərbaycan Respublikasının Balakən rayonuna deportasiya edilmişdir. Orta məktəbi burada bitirən T.Qafarov hərbi xidməti başa vurduqdan sonra Bakıda Keşlə Maşınqayırma zavodunda tokar işləmişdir. Eyni zamanda, BDU-nun jurnalistika fakültəsində qiyabi təhsil almışdır. 1966-1970-ci illərdə Lerik rayonunda müəllim işləmiş, 1971-ci ildən 1992-ci ilə qədər AzTV-də sənaye şöbəsinin böyük redaktoru, "Xəbərlər" proqramında baş redaktor müavini vəzifələrində çalışmışdır. 1992-ci ilin oktyabr ayından ömrünün sonuna qədər "İki sahil" qəzetində çalışmış, nəşrin İqtisadiyyat və sosial həyat şöbəsinin müdiri vəzifəsini tutmuşdur. Telman müəllim iki dəfə "Qızıl qələm" mükafatına layiq görülmüşdür. Çoxillik fəaliyyəti dövlət başçısının milli mətbuatımızın 135 illik yubileyi ərəfəsində imzaladığı sərəncamla "Əməkdar jurnalist" adı ilə dəyərləndirilmişdir. Deyilənlər həyatdan 74 yaşında köçmüş həmkarımızın ömür yoluna qısa bələdçilik idi. Bunlar eyni zamanda vida sözlərimiz olsa da onun xatirəsi yaxınlarının, iş yoldaşlarının qəlbində əbədi qalacaq. Allah rəhmət etsin, məkanı cənnət olsun”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
14:41 04.08.2025
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
Ərdoğan Ukraynaya səfər edəcək
12:51 04.08.2025
Ərdoğan Ukraynaya səfər edəcək
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
12:48 04.08.2025
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
12:47 04.08.2025
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
12:38 04.08.2025
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"