Azərbaycanın tanınmış müğənnisi xərçəng xəstəliyinə tutulub?

MARAQLI
12:10 05.09.2011
2419

Azərbaycanın tanınmış müğənnisi Xatun haqda şayiələr gəzir. Deyilənə görə, müğənni xərçəng xəstəliyinə tutulub. Bununla yanaşı, onun qardaşı, stilist Balaşla da münasibətlərinin korlandığı deyilir.

Söz-söhbətə aydınlıq gətirmək üçün müğənni ilə əlaqə saxladıq. Xatun gəzən şayiələrə son qoydu: “Sonra da deyirlər ki, Xatun məşhur deyil. Elə bütün günü məni müzakirə edirlər. Allah eləməsin və heç düşmənimə belə, o xəstəliyi göstərməsin. Adam düşməni haqda belə, bu sözü eşidəndə, yazığı gəlir. Həyatda heç kim bilmir başına nə gələcək. Ancaq mənə heç nə olmayıb. Allah göstərməsin, xərçəng də deyiləm. Ən nifrət etdiyim insanın başına da belə şey gəlməsin. Əməliyyat keçirməyim də yalandır”.

Müğənni bu şayiənin kim tərəfindən yayılmasından da danışdı: “Mən təxmin edirəm bu informasiyaları kim yayır. Bilirəm kimdir bunu mənə yaraşdıran və danışan. Bunu aləmə car çəkmək istəyən məhz o adamdır. O da şou-biznes nümayəndəsidir ki, adını belə çəkmək istəmirəm. Bu adam bütün günü məni izləyir və haqqımda eşitmək istədiyini özü danışır. O, mənim düşmənlərimdən biridir. Bu sözü eşidib inananlar da az deyil. Müğənnilər biri-birinə deyir ki, “Xatun xərçəngdir, ölüm ayağındadır”. O adamlar da mənə zəng edirlər. Əgər telefona cavab vermirəmsə, təşvişə düşürlər. Bir daha deyirəm, danışılanlar yalandır”.

Müğənni həmçinin qardaşı ilə aralarında baş verənlərə də aydınlıq gətirdi: “Mənimlə Balaş arasında söz-söhbət yoxdur. Bu şayiə də mənim bəzi müğənnilər haqda verdiyim müsahibədən sonra çıxdı. Əslində, ana ilə balanın da arasında söz-söhbət olur. Amma Allah eləməsin, niyə axı mən qardaşımla küsülü olmalıyam? Bu söz də cəfəngiyyatdır, kimlərinsə uydurmasıdır. Kimə nə sərf edirsə, onu da danışır. Yəgin ki, qardaşımla məni eyni məclisdə gördükdən sonra bunlara son qoyular. Bu yaxınlarda bizim dostlarımızın toyları olacaq. Biz ikimiz də birlikdə orada iştirak edəcəyik.

Balaş evlənənə qədər biz onunla bir evdə qalırdıq. Çünki mənim mənzilim təmirdə idi. İndi mən öz evimdə, Balaş isə öz evində yaşayır. Çünki Balaş valideynlərinə bağlıdır. Həm də gəlin elə valideynlərimizin yanında qalmalıdır. Axı “el-elə sığır, ev-evə sığmır” kimi müdrik atalar sözümüz var. Mən də oğlumla yaşayıram. Balaşın mənzili 4 otaqlıdır. Biz hamımız ora sığışmarıq. Elə təkcə mənim paltarlarım bir evə sığışar.

Yenə deyirəm, qoy şayiə yayanlar başqa şeylər fikirləşsinlər. İnsanın səhhətinə və əzizinə toxunmasınlar. Allah onlara kömək olsun”.

//milli.az

OXŞAR XƏBƏRLƏR