Azərbaycanın tanınmış müğənnisinin vəziyyəti pisləşdi
Bütün Xəbərlər
09:55 09.05.2012
2583
Tunar Rəhmanoğlu 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunur.Tanınmış estrada müğənnisi və bəstəkar Tunar Rəhmanoğlu (Zeynalov) mayın 8-də 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Sənətçinin səhhətindəki kritik durum həkimlərin ciddi səyi nəticəsində aradan qaldırılıb.Milli.Az-a danışan Tunarın bacısı, populyar müğənni Azəri Günel qardaşının halına çox üzüldüyünü dilə gətirdi: "İnad göstərib Tunarı müalicə olunmaqdan ötrü təcili İstanbuldakı xəstəxanalardan birinə aparmaq istəsəm də, valideynlərim buna əngəl oldular. Heç həkimlər də icazə vermədilər. Amma çox şükür, qardaşımın səhhətində elə də ciddi problemlər aşkarlanmadı. Həkimlər müjdəli danışırlar. İnşallah, tezliklə ayağa qalxıb, sağlamlığına qovuşar" - Günel belə dedi.Məlumat üçün bildirək ki, Tunar Rəhmanoğlunun səhhətində problemlər son bir neçə gündə özünü daha kəskin büruzə vermişdi.Həkimlərin qoyduğu ilkin diaqnoza görə onun mədə-bağırsaq sistemində bəzi pozuntular var. /// milli.az