Azərbaycanın tanınmış pediatrı vəfat etdi

Azərbaycanın tanınmış pediatrı vəfat etdi
SOSİAL
14:51 16.12.2020
859
Azərbaycanın tibb elminə ağır itki üz verib.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı məlumatda qeyd olunub. 

Bildirilib ki, görkəmli alim, tanınmış pediatr, tibb elmləri doktoru, professor, akademik Adilə Namazova vəfat edib.

O, dekabrın 16-da ömrünün 94-cü ilində ölüb.

Qeyd edək ki, A.Namazova 1926-cı ildə Ağdam rayonunda anadan olub. 1949-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Əmək fəaliyyətinə Ağdam Rayon Mərkəzi Xəstəxanasında başlayıb.

Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda, pediatriya elminin dünya şöhrətli patriarxı akademik G.N.Speranskinin Uşaq xəstəlikləri kafedrasında aspirantura təhsilini alıb.

1965-ci ildən ATU-nun I uşaq xəstəlikləri kafedrasının müdiri vəzifəsində olub. Elə həmin il tibb elmləri doktoru dərəcəsi almışdır. 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilib.

Rusiya Tibb Elmləri Akademiyasının və Rusiya Elmlər Akademiyasının üzvüdür. Professor Adilə Namazova 300 elmi əsərin, səkkiz monoqrafiya və dərsliyin, beş ixtiranın müəllifidir.

Təbabətdə aktual elmi problemlərin araşdırılmasına, yeni elmi nailiyyətlər əldə etdiyinə, yüksəkixtisaslı mütəxəssislər hazırladığına görə Adilə Namazova 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilib.

A.Namazova belə yüksək elmi ada layiq görülən ilk azərbaycanlı qadın alim olub. Adilə Namazova 1982-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb. AMEA-nın həqiqi üzvüdür. 1976-cı ildən Azərbaycan Pediatrlar Cəmiyyətinin sədri olub.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəyasət heyətinin üzvü, Türkdilli Ölkələrin Pediatrlar Cəmiyyətinin vitse-prezidentidir. SSRİ Ali Sovetinin deputatı olub.

Azərbaycan Tibb Universiteti əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, "Şöhrət” və "Şərəf” ordenli Adilə Namazovanın vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınları və ailə üzvlərinə dərin hüznlə başsağlığı verir.

Akademik Adilə Namazovanın təltif və mükafatları:

1. Azərbaycan Respublikasının "Şöhrət” ordeni (1996);

2. Azərbaycan Respublikasının "Şərəf” ordeni (2011);

3. Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu (2016):

4. Dövlət mükafatı laureatı (1981);

5. Əməkdar elm xadimi (1982);

6. "Akad. M.Topçibaşov mükafatı laureatı və medalı” (2005);

7. Azərbaycan Pediatrlar Assosiasının Prezidenti

8.Ümumdünya Pediatrlar Assosiasının Rəyasət Heyətinin üzvü

9.Türkdilli ölkələrin Pediatrlar Assosiasiyasının vitse prezidenti.

10. Avropa Pediatrlar Assosiasının üzvü.

11. Səhiyyə əlaçısı (1975);

12. Moskvanın və bütün Rusiyanın Patriarxının "Müqəddəs Çar Dimitri Ordeni" (2007);

13. Azərbaycan Milli Elmlər Akademiyasının "Akademik Mirəsədulla Mirqasımov mükafatı” (2016)

14. Rusiya Pediatrlar İttifaqının "Akademik G.Speranski Medalı” (2016)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nazir Yevlaxda vətəndəş qəbulu və sıra baxışı keçirəcək
14:58 03.03.2026
Nazir Yevlaxda vətəndəş qəbulu və sıra baxışı keçirəcək
“Bu, həm Suriya, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi”
14:56 03.03.2026
“Bu, həm Suriya, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi”
Azərbaycanda uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir - İlahiyyatçıdan açıqlama
14:55 03.03.2026
Azərbaycanda uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir - İlahiyyatçıdan açıqlama
İran - ABŞ müharibəsi Azərbaycana necə təsir edə bilər? - Politoloqdan açıqlama
14:48 03.03.2026
İran - ABŞ müharibəsi Azərbaycana necə təsir edə bilər? - Politoloqdan açıqlama
Prezident: Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik
14:47 03.03.2026
Prezident: Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik
Peskov: ABŞ və Ukrayna ilə Əbu-Dabidə danışıqların keçirilməsi çətinləşib
14:46 03.03.2026
Peskov: ABŞ və Ukrayna ilə Əbu-Dabidə danışıqların keçirilməsi çətinləşib
CNN Türk-ün jurnalistləri İsraildə saxlanıldı - Türkiyədən rəsmi açıqlama gəldi
14:45 03.03.2026
CNN Türk-ün jurnalistləri İsraildə saxlanıldı - Türkiyədən rəsmi açıqlama gəldi
Bu şəxslərin maaşı artırıldı - RƏSMİ
14:43 03.03.2026
Bu şəxslərin maaşı artırıldı - RƏSMİ
"Musiqimizi korlayan ifaçılar efirlərdə mədəniyyətimizi təbliğ edirlər" - Xalq artisti
14:41 03.03.2026
"Musiqimizi korlayan ifaçılar efirlərdə mədəniyyətimizi təbliğ edirlər" - Xalq artisti
“AniPay”in fəaliyyəti dayandırılır
14:41 03.03.2026
“AniPay”in fəaliyyəti dayandırılır
İran XİN: Nüvə müzakirələri ilə bağlı iddialar yalandır
14:37 03.03.2026
İran XİN: Nüvə müzakirələri ilə bağlı iddialar yalandır
Pakistan Prezidenti Taliban hökumətinə çağırış etdi: “Buna icazə verməyin”
14:28 03.03.2026
Pakistan Prezidenti Taliban hökumətinə çağırış etdi: “Buna icazə verməyin”
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
14:26 03.03.2026
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
Azərbaycanda tibb təhsili 5 ilə endiriləcək?
14:21 03.03.2026
Azərbaycanda tibb təhsili 5 ilə endiriləcək?
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
14:17 03.03.2026
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
AccessBank Gəncədə ikinci filialı ilə xidmət şəbəkəsini genişləndirdi
14:16 03.03.2026
AccessBank Gəncədə ikinci filialı ilə xidmət şəbəkəsini genişləndirdi