Azərbaycanın Türkiyədəki səfirliyi bu ölkədəki vətəndaşlarımıza müraciət etdi

Azərbaycanın Türkiyədəki səfirliyi bu ölkədəki vətəndaşlarımıza müraciət etdi
SİYASƏT
11:06 06.02.2023
273
Azərbaycanın Türkiyədəki səfirliyi bu ölkədəki Azərbaycan vətəndaşlarına müraciət edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə diplomatik nümayəndəlikdən bildirilib.

"Kahramanmaraş və ətraf vilayətlərdə baş vermiş zəlzələdə zərərçəkən Azərbaycan vətəndaşlarının +90 532 577 61 68 nömrəli qaynar xətt vasitəsilə Azərbaycanın Türkiyə Respublikasındakı səfirliyi ilə əlaqə saxlamaları xahiş olunur”, - səfirlikdən qeyd olunub.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Son məlumatlara görə, nəticədə 76 nəfər ölüb, 440 nəfər yaralanıb.
OXŞAR XƏBƏRLƏR