Azərbaycanın üç partiya sədri prezidentə müraciət etdi

Azərbaycanın üç partiya sədri prezidentə müraciət etdi
Bütün Xəbərlər
01:05 17.04.2013
1907

Azərbaycanın üç parlament partiyasının sədrləri prezident İlham Əliyevə müraciət ünvanlayıblar. Müraciət edənlərdən biri, Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa APA-ya deyib ki, onunla yanaşı millət vəkilləri, BAXCP sədri Qüdrət Həsənquliyev və Ədalət Partiyasının sədri İlyas İsmayılov da bu müraciəti imzalayıblar.

Müraciət Nuru Paşanın xatirəsinin əbədiləşdirilməsi ilə bağlıdır.

Müraciət müəllifləri 1918-ci ilin 29-31 mart tarixlərində erməni-rus birliklərinin idarə etdiyi Bakı Kommunasının quldur dəstələrinin otuz mindən artıq dinc Azərbaycan türkünü vəhşicəsinə qətlə yetirdiyini xatırladıblar: “Bu quldurlar Bakıda, Qubada, Şamaxıda, Muğanda məhz etnik əlamətə görə, bütün türk əhalini öldürməklə yanaşı, Qubada yaşayan yəhudiləri də məhv ediblər. Heydər Əliyev haqlı olaraq bu hadisənin soyqırım kimi tanınması barədə Fərman imzalamış və bu Fərmana müvafiq olaraq Azərbaycan xalqı bu günü matəm tarixi kimi qeyd etməkdədir”. Müraciətdə daha sonra hadisədən iki ay keçməmiş Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Azərbaycan türklərini xilas etmək üçün gəlməsi, Bakı Kommunasının hərbi birləşmələrini darmadağın edərək sentyabr ayının 15-də Bakını işğaldan azad etdiyi vurğulanıb: “Məhz bu hadisədən üç gün sonra- 18 sentyabrda Bakı şəhəri Azərbaycanın paytaxtı elan olunmuş və milli hökumətimiz Gəncədən Bakıya köçüb. Məlumdur ki, Azərbaycanın azadlığı uğrunda savaşda yüzlərlə türk əsgəri Azərbaycan türkləri ilə birlikdə şəhid olmuşdur. Sonradan 1918-ci ilin oktyabr ayında Nuru Paşa öz azsaylı birlikləri ilə Qarabağa gedərək, orada erməni silahlılarını da məğlub etmiş və Qarabağda Azərbaycan Milli hökumətinin nəzarətini əsasən bərpa edib”.

Daha sonra ölkə başçısının tarixi keçmişimizə həssas yanaşdığı, azadlığımız və müstəqilliyimiz üçün canını fəda etmiş insanlara dəyər verdiyi vurğulanıb: “Bunu nəzərə alaraq, istiqlal tariximizdə müstəsna xidməti olan böyük türk sərkərdəsi Nuru Paşanın xatirəsinin əbədiləşdirilməsi üçün atılacaq müvafiq addımlar zamanı bəzi təkliflərimizin diqqətə alınacağına ümid edir, dövlətimizin rifahı üçün çalışmalarınızda uğurlar diləyirik”.

Partiya sədrləri 15 sentyabr-Bakının işğaldan azad edilməsi tarixinin rəsmi bayram günü olaraq qeyd olunması, paytaxtın Binəqədi rayonu ərazisində prezidentin sərəncamı ilə inşası nəzərdə tutulan məscid kompleksinə, hərbi məktəblərdən birinə Nuru Paşanın adının verilməsi təklifi ilə çıxış ediblər. Onların təklifləri sırasında Ali hərbi təhsil müəssisələrində əlaçı kursantlara Nuru Paşa adına təqaüdünün verilməsi, Azərbaycanın bütün şəhərlərində küçə, prospekt, park və meydanlardan birinə Nuru Paşanın adının verilməsi, Nuru Paşanın qəhrəmanlığı və Qafqaz İslam Ordusunun Azərbaycanı xilası barədə faktların bütün orta və ali təhsil müəssisələrində tədris olunan tarix və ədəbiyyat dərsliklərinə salınması, əhatəli şəkildə şagirdlərə və tələbələrə çatdırılması da var.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranda Xamenei ilə bağlı diqqətçəkən iddia: Heç kimlə əlaqə saxlamır
06:54 27.07.2026
İranda Xamenei ilə bağlı diqqətçəkən iddia: Heç kimlə əlaqə saxlamır
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
05:38 27.07.2026
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO