16:18 Cümə Axşamı, 14 Noyabr 2019
GƏNCLİK

Azərbaycanın Ukraynadakı səfiri “Gənclərin Dostu” mükafatına layiq görülüb — FOTOLAR

11:35, 02.10.20193337
Azərbaycanın Ukraynadakı səfiri “Gənclərin Dostu” mükafatına layiq görülüb — FOTOLAR
Azərbaycanın Ukraynadakı Fövqəladə və Səlahiyyətli səfiri Azər Xudiyev "Gənclərin Dostu Milli Mükafatı”na layiq görülüb. 

Sözügedən mükafatı səfir Azər Xudiyevə bu gün "İslahatçı Gənclər” İctimai Birliyinin (İGİB) sədri Fərid Şahbazlı təqdim edib.

Görüş zamanı Fərid Şahbazlı bildirib ki, Azər Xudiyev Azərbaycanın Ukraynadakı Fövqəladə və Səlahiyyətli səfiri təyin ediləndən sonra iki ölkə arasında mövcud olan əlaqələr özünün yüksək mərhələsinə qədəm qoyub. Bunun nəticəsidir ki, hazırda Azərbaycanla Ukrayna arasında bütün sahələrdə yüksək səviyyəli dostluq münasibətləri qurulub.

Gənc fəal səfirə gələcək fəaliyyətində uğurlar arzu edib.
 

 

 

 


XƏBƏR LENTİ