Azərbaycanın Ukraynadakı səfiri Xarkovda təhsil alan azərbaycanlı tələbələrlə görüşüb

Azərbaycanın Ukraynadakı səfiri Xarkovda təhsil alan azərbaycanlı tələbələrlə görüşüb
GƏNCLİK
17:00 22.03.2014
1809

Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Xarkov şəhərinə səfər edərək Xarkovun ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfirin Xarkov Milli Radioelektronika Universitetinin rektoru Vladimir Maştalir ilə görüşündən sonra universitetin böyük tədbir salonunda Xarkovun 23 ali təhsil müəssisəsində təhsil alan iki mindən artıq tələbənin 300-dək nümayəndəsi ilə görüş keçirilib. Görüşdə səfirliyin birinci katibi Sabir Rzayev, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov, universitetin xarici tələbələrlə iş üzrə dekanı professor Murad Ömərov da iştirak edib.

Öncə səfərin məqsədi barədə tələbələrə məlumat verən səfir öz seçimləri ilə Ukraynada təhsil almağa gəldiklərinə baxmayaraq, Azərbaycan dövlətinin daim tələbələrimizin qeydinə qaldığını bildirib. O, ölkəmizdə gedən inkişaf prosesindən, əldə edilən nailiyyətlərdən ətraflı danışaraq gələcəkdə savadlı mütəxəssislərə, xüsusən texniki sahədə təhsilli gənclərə tələbatın artacağını qeyd edib, tələbələrimizə təhsillərinə xüsusi diqqət ayırmalarını tövsiyə edib.

Sonra tələbələrin üzləşdikləri çətinliklərin öyrənilməsi məqsədilə söz onlara verilib. Müzakirə nəticəsində tələbələrin daha çox üzləşdiyi bir neçə problem müəyyən edilib, onların bəzilərinə aydınlıq gətirilib, digərlərinin isə müxtəlif səviyyələrdə araşdırılacağını və bu barədə mümkün tədbirlər görüləcəyi bildirilib.

Fürsətdən istifadə edərək E.Mədətli Xarkovda təhsil alan tələbələrlə Azərbaycan diaspor təşkilatları arasında qarşılıqlı təması təşviq etmək məqsədilə Xarkovda fəaliyyət göstərən "Dostluq" cəmiyyətinin sədri Murad Ömərovu, Ukrayna Azərbaycanlıları Konqresinin Xarkov vilayət təşkilatının sədri Qurban Abbasovu, "Aynur" qadın cəmiyyətinin sədri Kifayət Cəfərovanı təqdim edərək onlara söz verib, gələcəkdə daha sıx təmas qurmağı tövsiyə edib. Bununla yanaşı, səfir Ukraynada Azərbaycan dəyərlərinin təbliğ olunmasında fəaliyyətlərinə görə Q.Abbasova səfirliyin adından təşəkkürnamə təqdim edib.

Tələbələrin görüşdən və çətinliklərini bildirmək imkanından ruhlandıqlarını görən səfir belə görüşlərin mütəmadi keçiriləcəyini, növbəti görüşün cari ilin may ayında V.Karazin adına Xarkov Milli Universitetində keçirilə biləcəyini qeyd edib.

Eynulla Mədətli Xarkova səfəri çərçivəsində Xarkov Milli Radioelektronika Universitetinin rektoru Vladimir Maştalir və Xarkov Ali təhsil müəsisələrinin xarici tələbələrlə iş üzrə prorektorları Şurasının üzvləri ilə görüşüb. Görüşdə Xarkovun təhsil müəssisələri, Azərbaycanda təhsil sistemi, Xarkovda təhsil alan azərbaycanlı tələbələrin təhsil məsələləri, tələbələrlə keçirilmiş görüşdə qaldırılmış məsələlər barədə fikir mübadilələri aparılıb. Azərbaycanlı tələbələrə götərilən diqqətə görə prorektorlara təşəkkür edən səfir onları Bakıya səfər etməyə dəvət edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
15:31 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
Bakının bu rayonunda 30 bina söküləcək
15:26 16.10.2026
Bakının bu rayonunda 30 bina söküləcək
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
15:11 16.10.2026
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
15:08 16.10.2026
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
15:07 16.10.2026
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
14:52 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
14:50 16.10.2026
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
14:47 16.10.2026
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
14:12 16.10.2026
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
14:09 16.10.2026
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq - Ədalət Verdiyev
13:45 16.10.2026
Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq - Ədalət Verdiyev
AZAL İsrail prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? - "Haber Global" detalları açıqlayıb
13:44 16.10.2026
AZAL İsrail prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? - "Haber Global" detalları açıqlayıb
Prezident fərman imzaladı
13:14 16.10.2026
Prezident fərman imzaladı
Hacıbəy Heydərli yeni vəzifəyə seçildi
13:09 16.10.2026
Hacıbəy Heydərli yeni vəzifəyə seçildi
Mətbuat Şurasının yeni sədrindən ilk - AÇIQLAMA
13:08 16.10.2026
Mətbuat Şurasının yeni sədrindən ilk - AÇIQLAMA
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan
13:08 16.10.2026
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan