‘Azərbaycanın Ukraynadan ən böyük fərqi Rusiyadan iqtisadi asılılığının olmamasıdır ‘

‘Azərbaycanın Ukraynadan ən böyük fərqi Rusiyadan iqtisadi asılılığının olmamasıdır ‘
Bütün Xəbərlər
14:20 26.11.2013
803

“Ona görə bu ölkələri eyniləşdirməyin əleyhinəyəm”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə Ukraynada baş verən hadisələrdən sonra bu hadisələri Azərbaycanla eyniləşdirmək istəyənlərə cavab olaraq söyləyib:

“Düşünürəm ki, Ukraynanın Avropa Birliyi ilə bağlı olan məsələsi yaxın günlərdə öz həllini tapacaq. Azərbaycanla bağlı onu deyə bilərəm ki, bu gün Azərbaycanın Ukraynadan ən böyük fərqi Rusiyadan iqtisadi asılılığımızın olmamasıdır. Bununla yanaşı biz MDB ölkələri arasında Avropaya ən dinamik inteqrasiya edən ölkəyik və hər il bu proses daha da sürətlənir. Bizim Avropaya inteqrasiya prosesindən imtina etməyimiz mümkün deyil. Ona görə Azərbaycanı Ukrayna ilə eyniləşdirməyin əleyhinəyəm.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR