Azərbaycan Ordusunda silahlanmaya yeni qəbul edilmiş "VAŞAQ” xüsusi təyinatlı qüvvələr üçün əməliyyat maşını ilk dəfə ADEX-2026 sərgisində nümayiş etdirilib.
"VAŞAQ”ın təyinatı döyüş zamanı xüsusi təyinatlıları əməliyyat yerinə çatdırmaqdır.
Saatda 100 kilometr sürətlə hərəkət edən, çəkisi 4,2 ton olan "VAŞAQ” 12,7 mm pulemyot və 7,62 mm pulemyotla təchiz edilib.











































