Azərbaycan mətbuatında Xalq artisti Rasim Balayevin istintaqa çağrılması barədə məlumat yayılıb.
AZXEBER.COM portalının məlumatına görə, dramaturq və rejissor Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqına qarşı cinayət işi başlanıb. Hazırda bununla bağlı Vergilər Nazirliyinin İstintaq İdarəsində araşdırmalar gedir.
AZXEBER.COM portalı olaraq məsələylə bağlı istintaqa çağrılan xalq artisti Rasim Balayevlə əlaqə saxladıq. Tanınmış aktyor əməkdaşımıza verdiyi açıqlamada fatı təsdiqləyib:
“2009-cu ildə Kino Festivalının keçirilməsi üçün Mədəniyyət Nazirliyindən Kinematoqrafçılar İttifaqına 30 min manat ödənilmişdi. Lakin o vaxt onun 9 min manata qədər vergisi ödənilməyib. Bu səbəbdən də, cinayət işi başlanıb. İttifaqın bütün əməkdaşları istintaqa cəlb olunub. Biz bununla bağlı Mədəniyyət Nazirliyinə müraciət etmişik. İndi mən də istintaqa ifadə vermək üçün gedəcəyəm”
Əfsələddin Ağalarov