Azərbaycanın xüsusi təyinatlıları Qazaxıstanda təlimdə iştirak edir

Azərbaycanın xüsusi təyinatlıları Qazaxıstanda təlimdə iştirak edir
SİYASƏT
16:00 09.09.2024
244
"Azərbaycan və Qazaxıstan Müdafiə Nazirlikləri arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı"na əsasən, Qazaxıstanda "Sonsuz qardaşlıq - III" çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilir.

Bu barədə AZXEBER.COM-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun xüsusi təyinatlıları təlimdə iştirak etmək üçün Qazaxıstanda səfərdədir.
 
Məlumata görə, Türküstan vilayətində yerləşən Orda poliqonunda keçirilən təlim sentyabrın 19-dək davam edəcək.

OXŞAR XƏBƏRLƏR