Azərbaycanın yeni təhsil naziri kimdir? - HAQQINDA

Azərbaycanın yeni təhsil naziri kimdir? -  HAQQINDA
Bütün Xəbərlər
17:30 19.04.2013
41850

Bu gün prezident İlham Əliyev yeni təhsil naziri ilə bağlı sərəncam verib. AZXEBER.COM-un prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, sərəncamla Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının təhsil naziri təyin edilib.

Mikayıl Cabbarov kimdir?

Mikayıl Çingiz oğlu Cabbarov 1976-cı il sentyabrın 19-da Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib və ABŞ-da Sakramento şəhərində hüquq məktəbində, daha sonra Azərbaycan Dövlət İqtisadiyyat Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb. İlk iş yeri bank sekrtoru olub. 1999-2002-ci illərdə özəl hüquqşünas kimi fəaliyyət göstərib. 2002-2003-cü illərdə keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin məsləhətçisi kimi çalışıb.

2004-cü ildə həmin nazirlikdə müavin vəzifəsinə qədər yüksəlib. O, 2009-cu ildə prezidentin müvafiq sərəncamı ilə İçəri Şəhər Qoruğunun direktoru vəzifəsinə təyin olunub.

OXŞAR XƏBƏRLƏR