Azərbaycanın yol polisinin yeni maşınları - FOTO

Azərbaycanın yol polisinin yeni maşınları - FOTO
Bütün Xəbərlər
14:22 28.08.2013
3461

Avtomobillər rayonlara paylanılacaq.

Azərbaycana Dövlət Yol Polisi üçün patrul avtomobillərinin yeni partiyası gətirilib.

Avtomobillər Cənubi Koreya istehsalı olan KİA Sorento markalı maşınlardır.

AZXEBER.COM-un məlumatına görə, Daxili işlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, polis polkovnik-leytenantıKamran Əliyevbu barədə informasiyanı təsdiqləyərək, yeni avtomobillərin Yol Polisinin regional bölmələri arasında paylanılacağını bildirib.

“Avtomobillərdə cərimələri yerində ödəmək üçün POS-terminallar və elektron məlumat bazalı kompyuterlər olacaq” – deyə, o bildirib.

K.Əliyev ölkəyə gətirilmiş avtomobillərin sayı barədə suala cavab olaraq bildirib ki, “bu barədə informasiya açıqlanmır”.

OXŞAR XƏBƏRLƏR