Azərbaycanla bağlı yayılan dezinformasiyaya Türkiyədən REAKSİYA

Azərbaycanla bağlı yayılan dezinformasiyaya Türkiyədən REAKSİYA
SİYASƏT
16:17 07.10.2025
265
Bəzi sosial media hesablarında "İsrailin 7 oktyabrda Qəzzaya qarşı başlatdığı soyqırımın ildönümündə Azərbaycanda bayraqlar yarıya endirilib” iddiası ilə bağlı yayılan məlumatlar dezinformasiyadır.

AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyənin Rabitə İdarəsinin Dezinformasiyaya qarşı Mübarizə Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, bu məlumat ictimaiyyəti çaşdırmaq xarakteri daşıyır:

"Azərbaycanı Fələstin əleyhdarı kimi qələmə verməyə çalışan bu iddialar ictimaiyyəti çaşdırmaq, Türkiyə-Azərbaycan münasibətlərinə mənfi təsir göstərmək, qardaş ölkəmiz Azərbaycanın nüfuzuna xələl gətirmək, türk-islam dünyası daxilində həmrəyliyi sarsıtmaq və Fələstin xalqına qarşı soyqırımını ört-basdır etmək məqsədi daşıyan düşünülmüş və sistemli əməliyyatın tərkib hissəsidir.

İctimaiyyəti çaşdırmaq məqsədi daşıyan bu cür yalan məlumatlara etibar etməmək və rəsmi mənbələrdən gələn məlumatlara diqqət yetirmək çox vacibdir”.
OXŞAR XƏBƏRLƏR