"Azərbaycanla birgə mexanizmimiz dezinformasiyaya qarşı gücümüzü birləşdirəcək"

"Azərbaycanla birgə mexanizmimiz dezinformasiyaya qarşı gücümüzü birləşdirəcək"
MEDIA
11:33 19.02.2025
509
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "Azərbaycan ilə Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında anlaşma memorandumunun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər" mövzusunda Bakıda keçirilən dəyirmi masa iştirakçılarına məktub ünvanlayıb.

Onun məktubunu Türkiyənin Azərbaycandakı Səfirliyinin media müşaviri Cihangir Alptekin İşbilir səsləndirib.

Məktubda 2020-ci ilin 10 dekabrında "Türkiyə ilə Azərbaycan arasında Media sahəsində Strateji Əməkdaşlıq haqqında Anlaşma Memorandumu” xatırladılaraq bunun kommunikasiya və media sahəsində iki ölkə arasında hərtərəfli yol xəritəsi olduğu diqqətə çatdırılıb:

"Geridə qalan müddət ərzində biz həm Türk Dövlətləri Təşkilatı, həm İslam Əməkdaşlıq Təşkilatı, həm də ikitərəfli əlaqələr çərçivəsində dəfələrlə görüşlər keçirmiş, əməkdaşlığımızı daha da gücləndirmək üçün səylərimizi birləşdirmişik".

F.Altun 2021-ci ildə Birgə Media Platformasının ilk iclasında "İctimai diplomatiya”, "Beynəlxalq media”, "Strateji kommunikasiya”, "Təhsil”, "Qanunvericilik və tənzimləmə”, "Rəqəmsallaşma və beynəlxalqləşmə” komitələrinin yaradılmasına diqqət çəkib.

"Bu mənada, institusionallaşmış birgə ictimai diplomatiya mexanizmimiz işimizin keyfiyyətini artıracaq, xüsusilə dezinformasiyaya qarşı mübarizədə gücümüzü birləşdirəcək. Bu kontekstdə dünya ictimaiyyətinin düzgün məlumatlandırılması böyük əhəmiyyət kəsb edir", - o vurğulayıb.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri yekun olaraq bildirib ki, 2025-ci il martın 4-də Bakıda "Daha ədalətli dünya mümkündür” adlı panel və dəyirmi masa toplantısı da keçiriləcək:

"Birgə media platformamızın 2024-cü il üçün fəaliyyətinin qiymətləndiriləcəyi və gələcək proqnozların müzakirə olunacağı bu toplantının faydalı olacağına ümid edirəm".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya ordusu Jitomirdə elektrik yarımstansiyasına zərbə endirib
10:26 17.10.2026
Rusiya ordusu Jitomirdə elektrik yarımstansiyasına zərbə endirib
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
10:09 17.10.2026
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
10:07 17.10.2026
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
09:54 17.10.2026
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər