Azərbaycanla Cənubi Koreya arasında müdafiə sahəsində Anlaşma Memorandumu imzalanıb

Azərbaycanla Cənubi Koreya arasında müdafiə sahəsində Anlaşma Memorandumu imzalanıb
Bütün Xəbərlər
12:20 03.12.2013
811

Azərbaycan və Cənubi Koreyanın Müdafiə nazirlikləri arasında müdafiə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

AZXEBER.COM-un APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi məlumat yayıb.Məlumata görə, müdafiə nazirləri Zakir Həsənov və Kim Kuan-jinin (Kim Kwan-jin) görüşündə Azərbaycan və Cənubi Koreya arasında hərbi əlaqələr və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi yolları müzakirə olunub.Qeyd edək ki, müdafiə naziri Z.Həsənov Cənubi Koreyada səfərdədir. Üç günlük səfər çərçivəsində o, Koreya Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin sədri və Müdafiə Satınalmaları İdarəsinin (DAAP) direktoru ilə görüşəcək.

OXŞAR XƏBƏRLƏR