Azərbaycanla oyun ərəfəsində Avstriya yığmasının daha bir futbolçusu zədələndi

İDMAN
19:15 06.10.2023
279
AVRO-2024-ün seçmə mərhələsində Azərbaycanla keçiriləcək oyun ərəfəsində Avstriya yığmasının daha bir futbolçusu zədələnib.
 
Müdafiəçi Maksimilian Vöber sıradan çıxıb.

25 yaşlı oyunçu Almaniyanın "Borussiya” (Münhenqladbax) klubunun heyətində xəsarət alıb. Topuğunda zədə aşkarlanan Vöberin millinin heyətindən çıxarılıb-çıxarılmayacağına tibbi müayinədən sonra aydınlıq gələcək.

Oktyabrın 13-də Vyanada Belçikanı qəbul edəcək avstriyalılar üç gün sonra Bakıda Azərbaycan millisinin qonağı olacaqlar.

Qeyd edək ki, Avstriya yığması zədə ucbatından Marko Arnautoviç, Karim Onisivo və Fillipp Muenenin xidmətindən məhrum olacaq. David Alaba, Marsel Sabitzer, Mixael Qreqoriç və Stefan Poşun da bu qarşılaşmada iştirakları sual altındadır.
OXŞAR XƏBƏRLƏR