Azərbaycanla Pakistan arasında birbaşa uçuşlara başlanılır

Azərbaycanla Pakistan arasında birbaşa uçuşlara başlanılır
SOSİAL
14:48 18.02.2022
204
Gələn ay "Pakistan Beynəlxalq Hava Yolları" (PİA) şirkəti ölkənin iki şəhərindən Azərbaycana uçuşlara başlayacaq.

AZXEBER.COM report-a istinadla xəbər verir ki, bu barədə Pakistan mətbuatı xəbər yayıb.

Məlumata görə, Pakistanın milli aviadaşıyıcısı martın 16-dan başlayaraq hər həftənin çərşənbə günləri Kəraçinin Cinnah Beynəlxalq Hava Limanından, martın 19-dan başlayaraq isə hər həftənin şənbə günləri Lahorun Əllamə İqbal Beynəlxalq Hava Limanından Bakının Heydər Əliyev Beynəlxalq Aeroportuna reyslər təşkil edəcək.
OXŞAR XƏBƏRLƏR