Azərbaycanla Rusiya arasında yeni sənəd imzalandı

MƏDƏNİYYƏT
08:09 23.10.2012
1501
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Rusiya Federasiyasında rəsmi səfərdədir.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu gün Ə.Qarayev ilə Rusiya Federasiyasının mədəniyyət nazirinin müavini Alla Manilova arasında görüş keçirilib.Görüş zamanı Rusiya ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, əsrlərə söykənən dostluq münasibətləri yüksək qiymətləndirilib.Daha sonra "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Rusiya Federasiyası Mədəniyyət Nazirliyi arasında 2012-2013-cü illər üçün Mədəniyyət sahəsində Əməkdaşlıq Proqramı"nın imzalanma mərasimi olub. Səfər çərçivəsində nazir Ə.Qarayevin Rusiya Federasiyasının mədəniyyət naziri V.R.Medinski ilə də görüşü nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR