Azərbaycanla Özbəkistan arasında iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb.
AZXEBER.COM xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, sənədlər Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratovun rəhbərliyi ilə ölkədə səfərdə olan biznes nümayəndələri ilə keçirilmiş görüş çərçivəsində imzalanıb: "Sənaye, tikinti, istehsal, infrastrukturun təkmilləşdirilməsi kimi sahələrdə birgə fəaliyyətin təşkilini əhatə edən bu sənədlərin icrası biznes subyektləri arasında əməkdaşlığı və iqtisadi-ticarət əlaqələrini gücləndirəcək".
#Özbəkistan-ın investisiya, sənaye və ticarət naziri, həmkarım Laziz Kudratovun rəhbərliyi ilə ölkəmizdə səfərdə olan #biznes nümayəndələri ilə görüş çərçivəsində iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalandı. #Sənaye, tikinti, istehsal,… pic.twitter.com/X4wSQGbhpX
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 1, 2025