Rusiyanın Xantı-Mansiysk şəhərindəki tikinti meydançalarının birində montaj işlərinin aparılması zamanı dekabrın 3-də bir fəhlə sürüşərək 8-ci mərtəbədən yıxılıb.
AZXEBER.COM-un stroiltelstvo portalına istinadən verdiyi xəbərə görə, yıxılma nəticəsində Azərbaycandan Rusiyaya leqal olaraq, işləməyə gələn fəhlə təcili yardımın gəlməsinə qədər keçinib.Hal-hazırda baş vermiş hadisənin səbəbləri araşdırılır. Böyük ehtimalla, montajçı yüksəklikdə işləyərkən öz sığorta kəmərini bərkitməyib və bununla təhlükəsizlik qaydalarını kobud şəkildə pozub.