Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu iştirakı ilə 7-11 may 2018-ci ildə Türkiyənin Ankara şəhərində yerləşən Hacettepe Universitetində görüş keçirilib.
Tədbir Hacettepe Universiteti "Sözlük Araşdırmaları Mərkəzi”nin direktoru professor Şükrü Haluk Akalının rəhbərliyi ilə keçirilib.
AZXEBER.COM xəbər verir ki. görüşdə diqqətçəkən məqam Azərbaycan bayrağının rənglərinin təhrif olunması olub. Belə ki, yaşıl rəng birinci, qırmızı ikinci, göy rəng isə üçüncü sırada verilib.
Maraqlıdır ki, görüş türkçülüklə bağlı olsa da, türkçülüyü özündə ehtiva edən bayrağımız təhrif edilib və buna hər kəs göz yumub.
Hətta bayrağın bu formada olan görüntüsünü Dilçilik İnstitutunun rəsmi saytı da yayımlayıb.
Həmin fotoları təqdim edirik: