Azərbaycanlı aktyor Türkiyədə veriliş açıb - VİDEO

Azərbaycanlı aktyor Türkiyədə veriliş açıb - VİDEO
DÜNYA
14:57 06.11.2016
1789

Azərbaycanlı aktyor, şair Səbuhi Zaman Türkiyədə veriliş aparmağa başlayıb.

Bu barədə aktyorun özü məlumat verib.

S. Zaman bildirib ki, layihə 30 oktyabr tarixindən Kanal G-də yayımlanmağa başlayıb.

O, verilişi həmyerlimiz Aydan Haqverdiyeva ilə birgə aparır.

Qeyd edək ki, "Adını sen söyle” verilişi musiqili poeziya formatlı layihədir.

Xatırladaq ki, S. Zaman sonuncu dəfə şair Vaqif Bəhmənlinin Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevə yazdığı şeiri səsləndirməsi ilə gündəmə gəlmişdi.

 

OXŞAR XƏBƏRLƏR