Azərbaycanlı aktyor vəfat etdi

Azərbaycanlı aktyor vəfat etdi
Bütün Xəbərlər
10:59 10.01.2014
1058
Mərziyyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrına ağır itki üz verib.
EL TV xəbər verir ki, teatrın aktyoru, tanınmış sənətçi Zülfü Məmmədov uzun sürən xəstəlikdən sonra vəfat edib.
O, doğulduğu Goranboy rayonunun Zeyvə kəndində torpağa tapşırılıb.
Sənətkarı ailə üzvləri, yaxın qohumları və sənət dostları son mənzilə yola salıblar. Sənət dostları onunla bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, Zülfü Məmmədovun vəfatı ilə Mingəçevir Dövlət Dram Teatrı özünün əvəzolunmaz simasını itirib.
OXŞAR XƏBƏRLƏR