Azərbaycanli alimin yeni kitabı işıq üzü gördü

Azərbaycanli alimin yeni kitabı işıq üzü gördü
Bütün Xəbərlər
18:21 21.11.2014
1601
“Zamanın əsirləri” oxucuların ixtiyarına verilib. Tanınmış alim, yazıçı Reyhan Yusifqızının yeni kitabı işıq üzü görüb. Elmi-fantastika seriyasından ikinci kitab olan - “Zamanın əsirləri”ində “Yaşıl gözlü qız”ın qəhrəmanlarının macəralarına həsr olunub. Yazıçı bildirir ki, kitabda ibtidai icma qanunlarından bəhs olunur: ““Yaşıl gözlü qız”ın qəhrəmanlarının macəraları davam edir. Bu dəfə uşaqlar zaman maşınında daş dövrünə düşürlər. Sərt təbiət, vəhşi heyvanlar, odla qızınan ibtidai insanlar... Əsərin qəhrəmanları ilə birlikdə siz də daş dövrünün adamları ilə görüşəcək, onların necə yaşadığını biləcəksiniz. Kitabın sonuncu səhifəsini çevirəndə sizə çox uzaq və yad olan insanlar artıq daha yaxın, daha doğma olacaqlar”. Xatırladaq ki, yazın günlərdə kitabın imza saatının keçirilməsi nəzərdə tutulur. Azər Niftiyev, Azxeber.com
OXŞAR XƏBƏRLƏR