Azərbaycanlı aparıcının efirdə səsi batdı

Azərbaycanlı aparıcının efirdə səsi batdı
MEDIA
09:30 17.05.2023
224
Aparıcı Günay Malikqızının başına iş gəlib. 

AZXEBER.COM xəbər verir ki, o efirdə olarkən səsi batıb. 

Bu barədə Günay özü məlumat verib. O, sosial şəbəkə hesabında paylaşım edərək efir zamanı səsinin batdığını bildirib:

"Səsim batdı… Həyatımda birinci dəfədir ki, efirdə belə hal yaşadım. Efirə qədər səsim var idi, danışırdım. Studiyaya girdim və səsim yavaş-yavaş batdı. İndi tamamilə çıxmır. Səsim olmadan özümü aciz hiss edirəm. Kim belə vəziyyətlə rastlaşıb? Nə etmisiniz?".

Qeyd edək ki, Günay Malikqızı İTV kanalında yayımlanan "Qarabağ gündəliyi" verilişinin aparıcısıdır. 
OXŞAR XƏBƏRLƏR