Azərbaycanlı astroloq gələn il baş verəcək dəhşətli hadisələrdən danışdı - PROQNOZ

Azərbaycanlı astroloq gələn il baş verəcək dəhşətli hadisələrdən danışdı - PROQNOZ
Bütün Xəbərlər
00:34 20.12.2012
6439

Firudin Qurbansoy: "Gələn il - İlan ilində təbii fəlakətlərin sayı artacaq, sürüşmələr, vulkanlar, zəlzələlər sıx-sıx müşahidə ediləcək, qida zəhərlənmələri çoxalacaq"  Artıq 2012 - Əjdaha ili yekunlaşır və öz yerini 2013 - İlan ilinə verməyə hazırlaşır. Tanınmış astroloq Firudin Qurbansoyla görüşüb, gələn il üçün proqnozlarını öyrəndik. Amma qarşıdan gələn ilin astroloji proqnozlarına keçməzdən öncə, 21 dekabr tarixində guya Qiyamət günü olacağı ilə bağlı söz-söhbətlərə aydınlıq gətirməsini xahiş etdik.  - 21 dekabrla bağlı deyilənlərin əsassız olması barədə dəfələrlə açıqlamalar verilsə də, bu mövzu hələ də davam etməkdədir. Belə olan yerdə, mənim yadıma bir elə məsəli düşür: İt motaldan əl çəkdi, motal itdən əl çəkmədi. Bu məsələni ortaya atanların özləri də dedilər ki, dekabrın 21-də təhlükəli heç nə olmayacaq. Bu məlumat ilk olaraq, NASA-dan çıxmışdı, amma sonra bunu rəsmən təkzib elədilər. İndi bizim camaatımız o inersiya ilə - şamla, konserva ilə Qiyamət gününə hazırlaşır. Unudurlar ki, şamla, konserva ilə Qiyamət gününə hazırlaşmazlar. Buna yaxşı əməl, ibadətlə hazırlaşarlar ki, qiyamətdən sonra yerin yaxşı olsun.  Amma o mütləqdir ki, bu yaxınlarda olmasa da, Qiyamət günü nə vaxtsa olacaq. Bu mənada, insanlar Qiyamət gününə hazırlaşmalıdır. 21 dekabrda isə, bu mənada heç nə olmayacaq. Həmin gün adi günlərdən biridir. Düzdür, həmin gün ilin ən uzun gecəsi olacaq. Ќecə ki, iyun ayında ilin ən uzun günü olur.  - Bəziləri iddia edir ki, 21 dekabrla bağlı deyilənlərin elmi əsasları var...  - Hamısı boş şeylərdir. Yerin cazibə qüvvəsi və qravitasiya sabitliyinin pozulmasının heç bir elmi əsası yoxdur. O ki qaldı Merkuri və Veneranın Günəşin önünü kəsməsi və Yer üzündə qaranlığın olacağına, bunlar da cəfəngiyyatdır. Merkuri, Venera, Yer Günəşdən o qədər aralıdır ki, onların kölgəsinin Yer planetinə düşməsi çox cüzidir. Buna baxmayaraq, Yer kürəsinin çox az yerlərinə kölgə düşmə ehtimalı da ola bilər. Lakin həmin hadisənin Azərbaycana heç bir təsiri olmayacaq. Bu, Yer kürəsinin Şimal hissəsində özünü göstərə bilər. Amma bu, qlobal şəkildə faciələrin baş verməsi, işıqların sönməsi, sunamilərin olması demək deyildir. O ki qaldı yayılan söz-söhbətə, bütün bunlar Amerikanın oyunlarıdır. Ona görə də, bu cür əsassız fikirlərə əhəmiyyət vermək lazım deyil.  - O fikirlər də səslənir ki, Mayya təqvimində guya 21.12.2012 tarixi dünyanın sonudur. Bu iddialar barədə nə deyə bilərsiniz?  - Bunlar da yalan və uydurmadır. Amerika on ildir buna hazırlaşır ki, dollarını düzəltsin. 1812-ci il dekabr ayının 21-də dollar birinci dəfə dövriyyəyə buraxıldı. Artıq 200 ildir ki, dollar "gəzişir". İkinci Dünya müharibəsindən sonra isə beynəlxalq valyuta olub. Valyuta məzənnəsi Amerikanın Şərqə, İslama hücumundan sonra son dərəcə aşağı düşüb, getdikcə "ölürdü". Amerika iqtisadçıları fikirləşdilər, elə bir şey eləsinlər ki, insanlar daha çox alış-veriş etsin, dollar da dövriyyədə çox olsun.  Mayya təqvimi və bu barədə deyilənlərin hamısı uydurmadır. O, son dərəcə bəsit, elmsiz bir şeydir. Mayya təqvimində ildə 400 gün hesablayırlar. Amma, hətta məktəblilər də bilir ki, bir ildə 365 gün var. Amerikalılar da camaatın bilmədiyi mövzunu qabartmaqla, dünyanın axırının gəlməsi ilə bağlı dezinformasiyalar yaymaqla, öz maraqlarını güdürlər. Ancaq məntiqli adam bilir ki, əgər dünyanın axırıdırsa, min şamın, hətta min konservan da olsa, onlardan istifadə edə bilməyəcəksən. Ona görə də, insanlara məsləhətim odur ki, bu cür əsassız sözlərə inanmasınlar.  - 13-cü bürcün olması ilə bağlı fikriniz necədir?  - Bu da mənasız söhbətdir. Bizim qalaktikada 88 bürc var. Onların cəmi 12-sində Yer kürəsi Günəş sistemi ilə birgə hərəkət edir. Amma söhbət ondadır ki, Günəş sistemi də bir yerdə dayanmır, hərəkətdədir. Yəni, bir balaca İlantutan bürcünə tərəf olur. O gün müddətində klassik münəccimlikdən ayrılır, ona görə də təqvimlərin yeri bir az dəyişir. İki ildir ki, mən onun cədvəlini hazırlamışam, çap da olunub. Odur ki, 13-cü bürcün olması ilə bağlı deyilənlərin də elmi əsası yoxdur. Günəş ətrafında Yer səyyarəsinin bir dəfə tam dönməsi 365 gün 5 saat 48 dəqiqə 46 saniyəyə baş verir. Bu da 12 bürc ətrafında olur.  - Firudin müəllim, gələn illə bağlı proqnozlarınızı öyrənmək istərdik. Üzümüzə gələn il bizə nə vəd edir?  - Qarşıdan gələn 2013-cü il Qara su ilanı ilidir. İlan ili özünün gərginliyi ilə yadda qalır. Adətən İlan illərində heç vaxt bolluq olmayıb, həmişə gərginliklər, müharibələr, təlatümlər olub.əƏslində, indi sakit illərdən sayılan Əjdaha ili olsa da, dünyada vəziyyət İlan ilinə müvafiqdir, hər yerdə gərginlik, qarşıdurmalar var. Ona görə də, gələn il - İlan ilində bu il başlayan hadisələr inkişaf edə-edə gedəcək, daha da gərginləşəcək. Dünyanın bir sıra yerlərində müharibələr, silahlı qarşıdurmalar olacaq. Yaxın Şərqdə gərginlik davam edəcək. Həmin gərginlik Azərbaycandan da yan keçməyəcək. Bizdə ciddi təlatümlər gözlənilməsə də, sakit bir il olmayacaq. Ümumi götürdükdə, İlan ili nə dünyaya, nə də Azərbaycana xeyir-bərəkətli il olmayacaq.  İlan ilində heç vaxt ucuzluq olmayıb, həmişə dava-dalaş olub. Bu baxımdan, 2013-də bahalaşma olacaq, davamlı qarşıdurmalar baş verəcək.  - Hazırda dünyanın bir sıra bölgələrində konfliktlər mövcuddur. İran-ABŞ, İsrail-Fələstin münaqişələri 2013-cü ildə hansı istiqamətdə inkişaf edəcək?  - Konfliktlər tarixinə fikir versək, görərik ki, ildən-ilə proseslər daha da gərginləşir. İsrail bir millət olaraq, dünyanın hər tərəfinə dağılmışdı, rəmzi olaraq bir dövlət qurmuşdular. Amma indi əhali çoxalır, istəyirlər ki, əraziləri bir az da genişlənsin. Bu səbəbdən Fələstin ərazilərini işğal edirlər. Burada, təbii ki, ərəblərin hüquqları tapdanır, dünya ictimaiyyəti də buna susur. Amerika kimi iblisanə bir dövlət də onu müdafiə edir. Əslində, bəşəri birlik olmalıdır. İnsanlar bilməlidir ki, nə haqdır, nə nahaqdır. 2013-cü ildə də Şərqdəki qarşıdurmalar, müharibələr davam edəcək.  - Bəs təbii fəlakətlər baxımından İlan ili nə vəd edir?  - Gələn il təbii fəkalətlərin sayı artacaq, sürüşmələr, vulkanlar, zəlzələlər sıx-sıx müşahidə ediləcək. Düzdür, vulkanlar əsasən fevral ayına qədər olacaq, sonra xeyli dərəcədə səngiyəcək. Əsasən sürüşmələr olacaq, insanların zəhərlənmə halları baş verəcək.  - Qeyd etdiyiniz təbii fəlakətlər, zəhərlənmələr kütləvi insan tələfatı ilə müşayiət olunacaq, yoxsa...  - Elə də böyük insan tələfatı olmayacaq, amma müəyyən qədər insan itkisi müşahidə ediləcək. Adətən, İlan illərində təbii fəlakətlər intensiv olur. Gələn il də onlardan biri olacaq. Avropa ölkələrində subasmaları çoxalacaq, sürüşmələr baş verəcək.  - Son iki ildə dünyada bir sıra inqilablar baş verdi. İlan ilində bu inqilabların davamı gözlənilirmi?  - Əslində, heç bir inqilab olmadı. Bəzi Qərb dövlətlərinin siyasəti ilə yüz minlərlə müsəlmanın qanı töküldü. Hazırda Suriya düyünü üzərində iş gedir. Əsas məqsəd də odur ki, İslamı məhv eləsinlər. Amma Allah hər şeyi görür, mənə elə gəlir ki, İslamın düşmənləri öz istədiklərinə nail ola bilməyəcək.  - Azərbaycan üçün hansı gözləntilər var?  - İlan ili bütün dünyada zəka ili kimi yadda qalıb. Axmaq adamlar bu ildən heç nə qazana bilməyəcəklər. Amma ağıllı adamlar bu il bir çox məchul məqamlara aydınlıq gətirəcək. Yeni kəşflər, yeni tapıntılar olacaq, yeni sənədlər üzə çıxacaq, insanların görmədiyi, bilmədiyi bəzi məsələlər açıqlanacaq. Belə demək mümkündürsə, İlan ilində dünya zəkaya daha geniş qucaq açacaq. Zəkalı insanlardan fərqli olaraq, gələn il səfehlərin işləri yaxşı getməyəcək.  2013-də alimlər çoxalacaq, elmə xüsusi önəm veriləcək. Gəlin görək, Azərbaycanda İlan illərində nələr olub? Bax, buna nəzər yetirdikdə, gələn il hansı hadisələrin gözlənildiyini bilmək olur.  Diqqət edin, tarix boyu İlan illərində Azərbaycanda çox ciddi hadisələr baş verib. 1605-ci ildə Calalilər Azərbaycana yiyələnib, 1725-ci ildə Osmanlılar Azərbaycanı tutub, 1797-ci ildə Qacarı Şuşada öldürüblər, 1917-ci ildə çarı deviriblər, 1941-ci ildə Böyük Vətən müharibəsi başlayıb və s. Bunları nəzərə alıb, 2013-cü ildə Azərbaycanda da ciddi hadisələrin olacağını demək mümkündür.  - Gələn ilin önəmli proseslərindən biri də prezident seçkiləridir. Hansısa qarşıdurmalar, gərginlik gözlənilirmi?  - Mən bu barədə heç nə demirəm, siyasətə də qarışmıram. Ќə prezident seçkiləri, nə də digərləri barədə proqnoz vermək istəmirəm. İnşallah, hər şeyi özünüz görəcəksiniz.  - Firudin müəllim, İlan ilinin digər illərə hansı təsiri olacaq?  - Kəsəyən ilində dünyaya gələnlər üçün bu il yeknəsəq keçməyəcək, darıxmağa fürsət olmayacaq. Amma onlar diqqətli olsalar, yaxşıdır. Çünki ya ən yüksək mərtəbəyə qalxmaq, ya da ən aşağı səviyyəyə enmək mümkündür. Ayıq olub və səhhətlərinə fikir versələr, vəziyyətdən çıxa bilərlər.  Öküz ilində dünyaya gələnlər hər bir işdə ağıllarına və təcrübələrinə dayanaraq addım atsalar, daha çox uğur qazana bilərlər. İlan ilində risqlər xeyir gətirməz, hətta əldə olanı da itirmək təhlükəsi var. Öküz ilində dünyaya gələnlər düşdükləri vəziyyətə uyğunlaşmağa çalışmalıdırlar.  Pələng ilində dünyaya gələnlərin İlan ilində işləri çox olacaq. Bu il daha çox oxumaq və biliyə yiyələnmək üçün uğurludur. Çox fürsətlər yaranacaq, mümkün qədər onları dəyərləndirmək lazımdır.  Dovşan ilində dünyaya gələnləri dəyişkənlik gözləyir. Onlar başladıqları işləri bütün detallarına qədər mükəmməl bilməlidirlər. Həm özünün, həm də başqalarının səhvlərini təkrar etməməlidirlər.  Əjdaha ilində dünyaya gələnlər ölçü hissini gözləməli, vədlərə və maksimalizmə uyub böyük səhvlər buraxmamalıdırlar. Çünki İlan ilində "Əjdaha"ları böyük uğur gözləmir.  İlan ilində dünyaya gələnlər öz illəri olduğunu nəzərə almalıdırlar. Onlar bütün fəaliyyətlərində ancaq öz imkanlarına güvənməlidirlər. Bu il yaddaqalan, böyük işlər üçün hər cür şərait olacaq.  At ilində dünyaya gələnlər əldə olan bütün imkanları səfərbər edib, gələcək üçün yaxşı özül yaratmalıdırlar. Gələn il şöhrət və ümumxalq məhəbbəti özü onları tapacaq.  Qoyun ilində dünyaya gələnlərin həyatında müəyyən dəyişikliklər gözlənilir. Amma çoxdan gözlədikləri mükafatı onlara verməcəyəklər. Ona görə də, ilin təzadlarının reallığını qəbul etsələr, yaxşıdır.  Meymun ilində dünyaya gələnlər arzuladıqlarını götürməsələr də, heç kəs onlara bəxşiş verməyəcək. İlan ilində meymunlar ağıllı risqlərdən böyük qazanc əldə edəcəklər.  Gələn il Toyuq ilində dünyaya gələnlər üçün çətin anlaşılan ildir. Səhvlərə yol verəndə, onu, o dəqiqə düzəltməyə cəhd etmək lazımdır ki, sonradan maneəyə çevrilməsin. Mənəm-mənəmlik sevdasından uzaq gəzmək məqsədəuyğundur, çünki bu təlatümlü ildə təhqirə məruz qala bilərlər.  İt ilində anadan olanlar özlərini çox ağıllı göstərməməlidirlər, yoxsa vəziyyət əleyhlərinə dəyişə bilər. Cari illər öz axarı ilə gedəcək, nəyisə dəyişmək cəhdində bulunmasalar, daha yaxşıdır.  Qaban ilində dünyaya gələnlər İlan ilində xeyli qazanacaq. Vəzifəcə artmaq imkanları da gerçəkləşə bilər. Onlara da tənbəllik və biganəlik göstərmək olmaz. - Bəs, qarşıdan gələn il bürclər üçün hansı perspektivi vəd edir?  - İlan ilinin hansı bürclər üçün uğurlu olmasına gəlincə, deyə bilərəm ki, gələn ilin bütün bürclər üçün uğurlu olacağı gözlənilir. İşin düz gətirməsi, uğurlu il olması baxımından su ünsürlü bürclər - balıqlar, xərçəng, əqrəb və torpaq ünsürlülər - buğa, qız, oğlaq üçün bu il rahat il sayılır. Çünki bu il Su ilanı ilidir. Su və torpaq ünsürlülər İlan ilində daha çox uğur qazana biləcəklər. Eyni zamanda, bu ilanın zəhəri, qəzəbi o biri ilanlara nisbətən azdır. Su ilanlarının insanı sancmasından adam ölmür. Bu mənada, o biri İlan illərinə nisbətən bu İlan iliəmüəyyən ünsürlər üçün qismən humanist mərhələ olacaq. Bütün hallarda İlan ili bir o qədər də sakit il sayılmır. Torpaq və su ünsürlü bürclər üçün rahat il olsa da, od və hava ünsürlü bürclərdə dünyaya gələnləri çətinliklər gözləyir. Amma İlan ili bir zəka ili olduğu üçün, hər kəs ağılla hərəkət etsə, uğur qazana bilər. "Reytinq" qəzeti 

OXŞAR XƏBƏRLƏR