Azərbaycanlı azyaşlı altı qızı zorlamaqda ittiham olunur

Azərbaycanlı azyaşlı altı qızı zorlamaqda ittiham olunur
Bütün Xəbərlər
12:18 07.05.2014
1991
O, qızları hədələyərək maşınla şəhərdən kənara çıxarıb.
Rusiyada 6 qızı zorlamaqda ittiham edilən azərbaycanlı məhkəmə qarşısına çıxacaq.
AZXEBER.COM ANS PRESS-ə istinadən xəbər verir ki, Meqion şəhərində yaşayan 24 yaşlı Azərbaycan vətəndaşı yaşı 14-15 arasında olan 6 qızı zorlamaqda ittiham edilir.
İstintaq materiallarına görə, bu hadisə 2011-ci ilin avqust ayında baş verib:
“22 yaşlı Azərbaycan vətəndaşı yetkinlik yaşına çatmayan qızlarla küçədə qarşılaşıb. O, qızları hədələyərək, eləcə də zor tətbiq edərək Sadovaya küçəsindəki evlərdən birinə gətirib və ya maşınla şəhərdən kənara çıxarıb. Burada da zorakılıq əməllərini törədib”.
Adı açıqlanmayan şəxsin əməllərinin üstü 2011-ci ilin oktyabrında zərərçəkənlərdən birinin anasının polisə müraciət etməsindən sonra açılıb. Lakin o, qaçaraq gizlənə bilib. Axtarışa verilən 24 yaşlı gənc hadisədən 2,5 il sonra, bu ilin fevral ayında saxlanılıb.
OXŞAR XƏBƏRLƏR