Azərbaycanlı baş redaktorun evini soydular

Azərbaycanlı baş redaktorun evini soydular
Bütün Xəbərlər
12:10 23.08.2011
1676

Oğrular mənzildən külli miqdarda pul və şairin əsərlərini aparıblar. “Bizim söz” qəzetinin baş redaktoru, şair Ələmdar Cabbarlının evi qarət olunub. Bu barədə milli.az xəbər portalına zərərçəkmişin özü məlumat verib. Ə.Cabbarlı bildirib ki, Xətai rayonu, Zığ şossesi, Naximov küçəsində yerləşən evi avqustun 18-dən 19-na keçən gecə qarət olunub.

Baş redaktorun sözlərinə görə, hadisə onun evdə olmadığı vaxt törədilib. Avqustun 19-da evə qayıdan zaman qapının və pəncərənin dəmir barmaqlıqlarının sındırıldığının şahidi olub. Oğrular evdən 5000 manat məbləğində pulla yanaşı, Ələmdar Cabbarlının içərisində dissertasiya işi, elmi məqalələri, mühazirə mətnləri və kitabının əlyazmaları olan kompüterini də aparıblar. Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinə məlumat verilib. Faktla bağlı Cinayət Məcəlləsinin oğurluq (177) maddəsi ilə cinayət işi başlanıb.

OXŞAR XƏBƏRLƏR