Azərbaycanlı deputat amerikalı konqresmenə insan hüquqlarından danışdı
Bütün Xəbərlər
01:05 28.04.2013
805
Dünya Azərbaycanlıları Konqresinin həmsədri, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı ABŞ-a səfəri çərçivəsində paytaxt Vaşinqtonda Amerika rəsmiləri ilə bir sıra görüşlər keçirib.Partiyadan verilən məlumata görə, S. Rüstəmxanlı ABŞ-ın Azərbaycandakı səfiriyinin dəstəyi ilə həyata keçirilən işgüzar səfər zamanı Dövlət Departamentində və Amerika Konqresində görüşləri olub. O, Dövlət Departamentində keçirilən görüş zamanı ABŞ və Azərbaycan arasında münasibətlərinin inkişafı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, bununla yanaşı İranda azərbaycanlıların problemləri kimi məsələlər ətrafında fikir mübadiləsi aparıldığını bildirib.S. Rüstəmxanlının ABŞ Konqresində İran azərbaycanlılarının hüquqlarının müdafiəsinə dair qətnaməni təqdim etmiş Kaliforniya konqresmeni Dana Rohrabakerlə görüşü olub. Görüş zamanı DAK həmsədri konqresmen Rohrabaçerə İranda etnik azərbaycanlıların hüquqlarının geniş şəkildə pozulması, azərbaycanlı milli fəalların həbsxanalara salınması, azərbaycanlıların mədəni və dil hüquqları uğrunda apardığı mübarizə ilə bağlı məlumat verib.S. Rüstəmxanlı ABŞ hökuməti tərəfindən İranda azərbaycanlıların vəziyyətinə diqqətin artdığının hiss olunduğunu bildirib.