Azərbaycanlı deputat "tiktok"da hesab açdı: Gördüm ki, bütün gənclər orada toplaşıb

Azərbaycanlı deputat "tiktok"da hesab açdı: Gördüm ki, bütün gənclər orada toplaşıb
SOSİAL
13:54 24.01.2022
1091
Milli Məclisin deputatı Ceyhun Məmmədov özünə "Tiktok” platformasında rəsmi hesab açıb.
 
Deputat bu addımı ilə ilkə imza atıb. O, "Tiktok"da hesab açan ilk millət vəkili olub. 

Ceyhun Məmmədov AZXEBER.COM-a bildirib ki, "Tiktok”da gənclərin inkişafı üçün müəyyən işlər görmək mümkündür:

"Bilirsiniz ki, bu dəqiqə məlumatların çatdırılmasında sosial şəbəkələr ciddi rol oynayır. Bu gün insanlar zamanın böyük hissəsini sosial şəbəkələrdə keçirirlər. İndi ən çox "Facebook”, "Instagram”, rəsmi-siyasi məsələlərdə "Twitter”dən istifadə olunur. Amma bu gün gənclər daha çox "Tiktok”da toplaşıb. Ən çox videolar "Tiktok”da izlənir və bu şəbəkə getdikcə daha da populyarlıq qazanır. "Tiktok” dedikdə bizdə bəzən oranı o qədər də ciddi olmayan, daha çox əyləncə məkanı kimi xarakterizə edirlər. Amma mən hesab edirəm ki, bu gün "Tiktok”un imkanları, potensialı çox genişdir. Qısa videoları yaymaq üçün orada geniş imkanlar var. Gənclər arasında maarifləndirmə aparmaq üçün, onlara müraciət etmək üçün, faydalı məlumatları bölüşmək üçün bu platformadan istifadə etmək olar. Mən də uzun müddətdir ki, bu barədə düşünürdüm ki, nə dərəcədə səmərəli ola bilər. Amma izlənmə çox olduğuna görə, bir sıra hallarda fərqli videolar paylaşıldığına görə hesab etdim ki, burada gənclər və insanlar üçün faydalı olan videoları paylaşmaq olar və bu səbəbdən mən də orada hesab açdım. Düşünürəm ki, effektiv olacaq. Bəziləri oranı qeyri-ciddi qəbul edir, bəziləri düşünə bilər ki, rəsmi şəxslərin orada olması nə dərəcədə düzgündür. Amma hesab edirəm ki, bu, populyar bir şəbəkədir. Əyləncə ilə bərabər gənclərin təhsili, inkişafı istiqamətində, ümumilli məsələlərlə bağlı da fəaliyyət göstərmək lazımdır. Hesab edirəm ki, məndən sonra digər rəsmi şəxslər də bu platformadan istifadə edəcək”.

Ceyhun Məmmədov qeyd edib ki, təşəbbüsün əsas məqsədi "Tiktok”da müsbət dəyişiklilər etməkdir:

"Mənim bu təşəbbüsümün əsas məqsədi odur ki, əgər bir meydanda təhqir, qeyri-ciddi tipli paylaşımlar varsa, bununla mübarizə yolu onun qarşısına başqa istiqamətdə paylaşımlar çıxarmaqdır. Belə bir məşhur nəzəriyyə də var ki, idealogiyanın qarşısına idealogiya çıxarmaq lazımdır. Tutaq ki, bir meydanda hansısa xoşagəlməz hallar, videolar varsa, orada yalnız onlar yox, başqaları da olsun. Müxtəlif müsbət istiqamətli, nəsihətedici, məsləhət xarakteri daşıyan videolar da olsun. Biz orada yalnız əyləncə videoları görməyək, paralel olaraq təhsillə, həyata baxışla, fərdi inkişafla bağlı da videolar olsun. Hazırda Azərbaycanda sosial şəbəkələrin fəaliyyəti ilə bağlı müxtəlif müzakirələr aparılır. Bəzən təhqirlərə yol verilir, bu səbəbdən hesab edirəm ki, burada savadlı, bilikli, ölkəmizin gələcəyini düşünən insanlar da olmalıdır”.

Canlı yayımlarda göndərilən pullu hədiyyələrdən də danışan deputat orada vergi sisteminə ehtiyac olub-olmaması barədə də fikirlərini bildirib:

"Tiktok” getdikcə daha da genişlənir, müəyyən addımlar atılır. Biz əvvəlki dövrdə sosial şəbəkələrdə və ya xaricdəki müəyyən oyunlarla bağlı məsələləri müzakirə edirdik. Proses bu formada gedərsə, gələcəkdə hər hansısa bir qazancdan söhbət gedərsə, vergi məsələsi müzakirə oluna bilər. Bu gün vergi sistemində çox ciddi işlər gedir. Əgər gələcəkdə də burada kütləvilik, bu istiqamətdə addımlar müşahidə olunarsa, həmin məsələyə baxıla bilər. Amma mən hesab edirəm ki, müəyyən zaman lazımdır ki, bu proses təhlil olunsun. Bir reallıq var ki, oraya gənclərin meyli daha çoxdur və daha çox gənclərin toplaşdığı bir yerdir. Bundan da biz müsbət mənada istifadə etməliyik”.
 
Aydın Nuri 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azov dənizində gəmidə həlak olan azərbaycanlılardan ikisinin şəxsiyyəti məlum oldu
16:34 05.06.2026
Azov dənizində gəmidə həlak olan azərbaycanlılardan ikisinin şəxsiyyəti məlum oldu
Özəl bağçalarla bağlı yayılan xəbərlərə aydınlıq gətirildi – “Qaydalara əməl etməsələr…”
16:30 05.06.2026
Özəl bağçalarla bağlı yayılan xəbərlərə aydınlıq gətirildi – “Qaydalara əməl etməsələr…”
Sabirabad rayonunda müəllimlərlə görüş keçirildi
16:13 05.06.2026
Sabirabad rayonunda müəllimlərlə görüş keçirildi
Zaxarova: Moskva ilə Bakı "Natra" və "Zirkon" gəmilərinə hücumla bağlı sıx təmasdadır
16:04 05.06.2026
Zaxarova: Moskva ilə Bakı "Natra" və "Zirkon" gəmilərinə hücumla bağlı sıx təmasdadır
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
15:59 05.06.2026
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
Mehriban Əliyeva Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik etdi
15:57 05.06.2026
Mehriban Əliyeva Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik etdi
BMT Livan üçün humanitar yardımın həcminin artırılmasını tələb edir
15:33 05.06.2026
BMT Livan üçün humanitar yardımın həcminin artırılmasını tələb edir
Bir qrup su təsərrüfatı və meliorasiya işçisi təltif edilib - SİYAHI
15:29 05.06.2026
Bir qrup su təsərrüfatı və meliorasiya işçisi təltif edilib - SİYAHI
Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
15:20 05.06.2026
Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
Professor oğlanlara səsləndi: Qız öz atasından narazıdırsa, onunla evlənməyin
15:15 05.06.2026
Professor oğlanlara səsləndi: Qız öz atasından narazıdırsa, onunla evlənməyin
“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi
15:13 05.06.2026
“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi
5 azərbaycanlının öldüyü gəmiyə hücum anı - VİDEO
15:12 05.06.2026
5 azərbaycanlının öldüyü gəmiyə hücum anı - VİDEO
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi
15:04 05.06.2026
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi
6 saatdan az yatmaq bu xəstəliklərə səbəb olur - XƏBƏRDARLIQ
15:01 05.06.2026
6 saatdan az yatmaq bu xəstəliklərə səbəb olur - XƏBƏRDARLIQ
Dava edən oğlunu ayırmağa çalışan ana öldü - FOTO
14:57 05.06.2026
Dava edən oğlunu ayırmağa çalışan ana öldü - FOTO
“Kristal”ın Nəsimidə inşa etdiyi prestijli layihə - “Royal Residence”
14:47 05.06.2026
“Kristal”ın Nəsimidə inşa etdiyi prestijli layihə - “Royal Residence”