TƏBİB-də islahatlar davam edir: Baş həkimlər niyə işdən çıxarılır? - Deputat açıqladı

TƏBİB-də islahatlar davam edir: Baş həkimlər niyə işdən çıxarılır? - Deputat açıqladı
SOSİAL
17:22 24.04.2026
6827
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) uzun illər davam edən problemlər fonunda quruma yeni icraçı direktor Anar Bayramov təyin olunub. Onun vəzifəyə başlamasından sonra səhiyyə sistemində bir sıra ciddi kadr dəyişiklikləri həyata keçirilib.

İlk günlərdən etibarən müxtəlif tibb müəssisələrində ixtisarlar aparılıb. Bu çərçivədə bəzi departament rəhbərləri və struktur bölmə müdirləri vəzifədən azad edilib, regional tibb müəssisələrinin rəhbər heyətində dəyişikliklər olunub. Eyni zamanda, idarəetmədə optimallaşdırma üçün yeni təyinatların həyata keçirilməsi gözlənilir.

Lakin aparılan bu ixtisarlar cəmiyyətdə birmənalı qarşılanmayıb. Bir çox vətəndaş kütləvi işdən çıxarmalarla bağlı narahatlıqlarını ifadə edir.

Milli Məclisin deputatı Müşfiq Məmmədli AZXEBER.COM-a açıqlamasında bildirib ki, TƏBİB-də aparılan islahatlar səhiyyə sistemində yeni mərhələnin başlanğıcıdır:


"TƏBİB-də aparılan islahatlar səhiyyə sistemində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Prezident İlham Əliyevin məcburi tibbi sığorta sahəsində şəffaflığın artırılması ilə bağlı tapşırıqları, eləcə də TƏBİB-in Müşahidə Şurasında edilən yeniliklər səhiyyənin müasir çağırışlara uyğunlaşdırılması istiqamətində atılan mühüm addımlardır”.

O bildirib ki, yeni icraçı direktorun işinin öhdəsindən gələcəyinə ümid edir:

"TƏBİB-ə yeni təyin olunmuş İcraçı direktor Anar Bayramovun bu vəzifəyə gətirilməsi də səhiyyə sahəsində həyata keçirilən geniş və sistemli islahatların tərkib hissəsidir. Təyin olunan şəxsin həkim olması və səhiyyə sahəsində uzun illər fəaliyyət göstərməsi də mühüm üstünlüklərdən biridir. O, müxtəlif pillələrdə çalışmış və son təyinatadək rəhbər vəzifələrdə təcrübə toplamışdır. İnanırıq ki, onun əvvəlki fəaliyyətində qazandığı təcrübə gələcəkdə də mühüm nəticələr verəcək”.

Parlamentari qeyd edib ki, baş verən islahatlar nöqsanların aradan qaldırılmasına xidmət edir:

"Maliyyə Nazirliyi və Hesablama Palatasının keçirdiyi audit yoxlamaları zamanı müxtəlif nöqsanların aşkar edilməsi bu sahədə ciddi dəyişikliklərə ehtiyac olduğunu göstərmişdir. Həmin nöqsanların aradan qaldırılması, tibb sahəsində şəffaflığın təmin olunması, dövlət vəsaitlərindən səmərəli istifadə edilməsi, eyni zamanda səhiyyə xidmətlərinin əlçatanlığının artırılması baxımından bu təyinat xüsusi əhəmiyyət daşıyır. Səhiyyə sahəsində həyata keçiriləcək islahatlar Prezident İlham Əliyevin müəyyən etdiyi strateji xəttə tam uyğundur. Bu strategiyanın əsas məqsədi əhalinin daha keyfiyyətli və əlçatan tibbi xidmətlə təmin olunması, eyni zamanda büdcə vəsaitlərindən şəffaf və səmərəli istifadənin gücləndirilməsidir”.

Deputat bildirib ki, öz vəzifəsində nöqsanlara yol verən şəxslərin işdən çıxarılması müsbət addımdır:

"Yeni təyinat və həyata keçirilən addımlar səhiyyə ictimaiyyəti tərəfindən müsbət qarşılanır. Öz vəzifəsində nöqsanlara yol verən və ya yeni dövrün tələblərinə cavab verməyən şəxslərin vəzifədən uzaqlaşdırılması da müsbət qiymətləndirilir. Mən də uzun illər bu sahədə çalışmış bir şəxs kimi qeyd edə bilərəm ki, səhiyyə işçiləri bu islahatları ümidverici hesab edir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Unibank ağacəkmə kampaniyasında iştirak edib
16:22 05.11.2026
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Prezident bu məşhur aparıcıları da təltif etdi - FOTO
16:20 05.11.2026
Prezident bu məşhur aparıcıları da təltif etdi - FOTO
Bakının mərkəzinə yaxın ərazidə evlər 41 min manata– SƏBƏB budur
16:03 05.11.2026
Bakının mərkəzinə yaxın ərazidə evlər 41 min manata– SƏBƏB budur
Zəngilan Aqroparkı yaradılıb - FƏRMAN
15:57 05.11.2026
Zəngilan Aqroparkı yaradılıb - FƏRMAN
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
15:54 05.11.2026
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
15:43 05.11.2026
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
15:38 05.11.2026
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
15:36 05.11.2026
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
"Crescent Mall"da nə baş verib? – Açıqlama
15:20 05.11.2026
"Crescent Mall"da nə baş verib? – Açıqlama
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
15:18 05.11.2026
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
15:11 05.11.2026
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”