Azərbaycanlı deputat Türkiyədə xəsarət aldı - VİDEO

Azərbaycanlı deputat Türkiyədə xəsarət aldı - VİDEO
SOSİAL
13:52 04.04.2026
1115
Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi etdiyi Türk Dünyası Parlamentlərarası Futbol Turniri Antalyada davam edir.

AZXEBER.COM manşet.az-a istinadın xəbər verir ki, Türkiyə və Azərbaycan yığması arasında baş tutan final oyununun 20-ci dəqiqəsində deputat Kamran Bayramov yıxılıb. Ayağından ciddi zədə alan millət vəkili həkimlərin müşayəti ilə meydançanı tərk edib.

Qeyd edək ki, "Türk Telekom”un sponsorluğu ilə keçirilən turnirdə Türkiyənin üç komandasından əlavə, Azərbaycan, Qırğızıstan və Şimali Kipr Türk Respublikası (ŞKTR) da iştirak edib.
 


 

OXŞAR XƏBƏRLƏR