Azərbaycanlı deputatdan şok sözlər: 'Onsuz da mən deputat seçiləcəm, səs versəz də, verməsəz də' - VİDEO
Bütün Xəbərlər
12:39 28.09.2012
2391
Millət vəkili Gülər Əhmədova ilə hazırda fəaliyyət göstərməyən ABU-nun keçmiş rektoru Elşad Abdullayevin məlum video çarxı mediada yayımlandıqdan sonra dünən Milli Məclisin daha bir üzvünün - general Əliağa Hüseynovun da videosu yayımlanıb. Qeyd edək ki, bu video 2010-cu ilin parlament seçkiləri ərəfəsində, Ə.Hüseynovun seçki kampaniyası zamanı Salyanda seçicilərlə görüşündə çəkilib. Görüşdə Əliağa Hüseynov seçicilərə hörmətsizlik olmasın deyə görüşə gəldiyini, onsuz da seçiləcəyini deyir. Sözügedən videonun yayımlanması ilə bağlı deputat Ə.Hüseynov Publika.az-ın suallarını cavablandırıb. Millət vəkili bildirib ki, medianı İnternet vasitəsilə izləmir: “Hansı portalda nə yayımlandığından xəbərim yoxdur. Videonun kimin və hansı məqsədlə yayımladığını da bilmirəm. Mən general səviyyəsinə çatmış adamam. Heç bir video məni maraqlandırmır. Hazırda Salyanda seçicilərimlə görüşdəyəm. Yəqin ki, toyuq-cücənin səsini eşidirsiniz”.