Azərbaycanlı deputatlar Ermənistana gedir

Azərbaycanlı deputatlar Ermənistana gedir
Bütün Xəbərlər
19:40 20.02.2012
1533

Milli Məclisin (MM) deputatları Rövşən Rzayev, Fərəc Quliyev və Azay Quliyev Avronest Parlament Assambleyasının Sosial komitəsinin iclasında iştirak etmək üçün fevralın 21-dən 23-dək Ermənistanda səfərdə olacaq.

Milli Məclisdən verilən məlumata görə, komitənin toplantısında tərəfdaş dövlətlərdə vətəndaş cəmiyyətinin inkişafı, yoxsulluğun azaldılması strategiyası, parlamentlərdə və vətəndaş cəmiyyətində qadınların, gənclərin rolunun artırılması və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR