Azərbaycanlı futbolçunu qətlə yetirən erməniyə 9 il iş verildi

Azərbaycanlı futbolçunu qətlə yetirən erməniyə 9 il iş verildi
İDMAN
17:05 13.07.2016
1667
Rusiyanın Yekaterinburq şəhər məhkəməsi azərbaycanlı futbolçu Emil Hüseynovu qətlə yetirən qaydasız döyüş üzrə idman ustalığına namizəd Tiqran Çiçakyana hökm oxuyub.
APA-nın “ekburg.tv”-yə istinadən verdiyi xəbərə görə, məhkəmənin hökmü ilə T. Çiçakyan 9 il müddətinə azadlıqdan məhrum edilib.
Çiçakyan cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, E. Hüseynov ötən il Yekaterinburqda düşən davada öldürülüb. Hadisə şahidlərinin ifadələrə əsasən, Hüseynovu erməni milliyyətindən olan Çiçakyan qətlə yetirib.
OXŞAR XƏBƏRLƏR