Azərbaycanlı gənc, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Kamran Məmmədov ilk dəfə ölkəmiz üzrə Salto Youth – da “Gənclər Fəaliyyətdə - Youth in Action” proqramı çərçivəsində Beynəlxalq Təlimçi statusunu qazandı.
“Youth in Action” (Gənclər Fəaliyyətdə) proqramının əsas məqsədi ümumdünya gəncləri arasında həmrəyliyi, tolerantlığı inkişaf etdirmək, gənclik sahəsində genişmiqyaslı şəbəkənin qurulması, müxtəlif ölkə gəncləri arasında Avropa əməkdaşlığını artırmaqdan ibarətdir.
Avropanın bir çox ölkələrində keçirilən “Salto Youth” təlim kurslarında artıq xarici təlimçilərlə yanaşı, həmyerlimiz, “Odlar Yurdu” GİB- in fəxri üzvü Kamran Məmmədov da Beynəlxalq Təlimçi qismində çıxış edəcək.
Ətraflı məlumat burada: https://www.salto-youth.net/tools/toy/kamran-mammadov.2401/