Məlum olduğu kimi, bu gün dünyanın müxtəlif ölkələrində və şəhərlərində çoxlu sayda azərbaycanlı tələbələr təhsil alır.
Belə tələbələrdən biri də Kiyevdəki Heyətin İdarə Olunması üzrə Regionlararası Akademiyanın 2-ci kurs tələbəsi Samir Şahbazovdur.
AZXEBER.COM-a açıqlamasındaS.Şahbazov bildirdi ki, burada oxuyan azərbaycanlı tələbələrin təhsil almaqla yanaşı, Ukraynanın ictimai və mədəni həyatında yaxından iştirak edir, Azərbaycan mədəniyyətinin, onun iqtisadi təriqqisinin, ən başlıcası isə Qarabağla bağlı həqiqətlərin ictimaiyyətə çatdırılmasında fəal iştirak edirlər: “Elə bu yaxınlarda biz birqrup ukraynalı gəncləKiyevdə erməni girovluğunda olan azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev dərhal girovluqdan azad edilməsi ılması şüarı ilə aksiya keçirdik. Aksiya kiyevlilərin böyük marağına səbəb oldu və onlar bu haqda, ümumiyyətlə Qarabağ məsələsi ilə bağlı çoxlu suallar verdilər”.
Samir Şahbazov eyni zamanda qeyd edib ki,beynəlxalq siyasi proseslərin gərginləşdiyi indiki zamanda hər bir azərbaycanlının üzərinə böyük məsulıiyyət düşür: “Xüsusilə xaricdə oxuyan biz tələbələr həmin ölkələrdə Azərbaycanın təmsilçiləri olaraq ölkəmizlə bağlı həqiqətlərin çatdırılması missiyasını da yerinə yetirməliyik”.
![](/file/pic/xeber/2015-01-22/43484.jpg)
![](/file/pic/xeber/2015-01-22/43485.jpg)
![](/file/pic/xeber/2015-01-22/43487.jpg)
![](/file/pic/xeber/2015-01-22/43488.jpg)
![](/file/pic/xeber/2015-01-22/43490.jpg)
![](/file/pic/xeber/2015-01-22/43491.jpg)