Azərbaycanlı gənc türkiyəli nazirlə görüşdü - FOTOLAR

GƏNCLİK
16:20 22.04.2013
4337

“Yeni Nəsil” Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin(İB) sədri Atatürk Kamallı aprelin 6-7 -si Türkiyənin İstanbul şəhərinə rəsmi səfərdə olub.AZXEBER.COM-un məlumatına görə, Dünya Əngəlilər Birliyinin ikinci qrultayında Azərbaycanı təmsil edən Atatürk Kamallı proqram çərcivəsində bir neçə rəsmi görüş keçirib. Türkiyəli millət vəkilləri və QHT təmsilçiləri ilə baş tutan görüşlərdə əsas müzakirə movsuzu Azərbaycan və Türkiyə arasında münasibətlər olub.

Qurultay çərçivəsində Atatürk Kamallı Türkiyənin Xarici İşlər Naziri Əhməd Davudoğlu ilə fikir mübadiləsi aparıb və tədbirin yekununda Dünya Əngəllilər Birliyinə ilk öncə üzv və yekunda 6 qitə 75 ölkə üzrə kordinator vəzifəsinə təyin edilib.

Qeyd edək ki, qurultayda ƏƏSMN-nin şöbə müdiri Vüqar Həsənov, "Müşviq" Əlil Uşaqlara Yardım İB -nin sədri Validə Abbasova, "Validə" Valideynlər Assosiasiyası -nın icraçı direktoru Gülarə Teymurova, "Dan İctimai Birlik -nin sədr müavini Nərmin Teymurova, "Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi" - nin sədr müavini Lalə Aliyeva, "Müstəqil Həyat" İB-nin sədri Aydın Xəlilov , "Əlil İnsanların İttifaqı" -nın sədri Davud Rəhimli iştirak edib.

OXŞAR XƏBƏRLƏR