Azərbaycanlı gənclər “Beynəlxaq Gənclər Forumunu” qazandı - FOTOLAR

GƏNCLİK
16:26 23.07.2020
1114
23-26 avqust 2018-ci il tarixində 18-ci "Beynəlxalq Gənclər Forumu” Portuqaliyanın Aveiro şəhərində keçirilib. Forumda dünya ölkələrinin milli cəmiyyətləri, qan sahəsində fəaliyyət göstərən assosiasiyalar və gənc donorlar iştirak ediblər. Forumda əsas müzakirə qan donorluğunun inkişaf etdirilməsi olmuşdur. Ölkəmizi beş nəfərlik bir heyət təmsil edib onlar arasında Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov və Beynəlxalq Əlaqələr üzrə koordinator Nərmin Rəhimova, idarə heyyətinin üzvü Vüsal Nəzirəv və gənc fəallar İbrahim Əhmədov və Nərmin Məmmədova yer alıb.

AZXEBER.COM xəbər verir ki, Qan Donorları Assosiaasiyası öz fəaliyyətini 2007-ci ildə məhz ölkədəki qan xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək məqsədi ilə qurub. Və təsadüfü deyildir ki, 2005-ci il fevralın 8-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə talassemiya problemlərinə həsr olunmuş "Talassemiyasız həyat naminə” mövzusunda dəyirmi masa” keçirilib. Birlik ölkənin birinci xanımın təklifinə dəstək məqsədi ilə illərdir fəaliyyət göstərir və hər il yüzlərlə uşağın həyatda qalması üçün mütəmadi qanvermə aksiyaları həyata keçirir.
Forumda uğurla iştirak edən həmyerlilərimiz 19-cu dünya forumunun Azərbaycanda keçirilməsini təklif ediblər. Buna səbəb Asiya ölkələrinin və eyni zamanda da Xəzəryani ölkələrin rahatlıqla qatılması və ölkəmizin istənilən beynəlxalq layihəyə ev sahibliyi etməyə hazır olması olub.
26 avqust 2018-ci il tarixində Portuqaliyanın Aveiro şəhərində keçirilən 18-ci "Beynəlxalq Gənclər Forumu” növbəti il üçün ev sahibliyi təklifi ilə çıxış edən birliyinin heyəti forum iştirakçıları tərəfindən dəyərləndirilib dəstək alıb və 2019-ci ildə keçiriləcək Dünya Gəncləri Forumunu Azərbaycana gətirməyə nail olub. 

Qan Donorları Assosiasiyasının heyyəti əldə etdiyi uğuru avqustun 26-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ad gününə hədiyyə edərək öz sevincini bölüşmək qərarına gəlib.

Qeyd edək ki, Azərbaycanlı nümayəndə heyyəti Forumda iştirakı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Gənclər Fondu, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Qızıl Ayapara Cəmiyyəti Binəqədi Rayon Bölməsi tərəfindən göstərilən maliyyə dəstəyi ilə həyata keçirilib .
 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR