Azərbaycanlı gənclər Moskvada Sergey Lavrovla görüşdü

Azərbaycanlı gənclər Moskvada Sergey Lavrovla görüşdü
GƏNCLİK
15:58 11.12.2018
8233

Onlara fəxri diplomlar verilib.

AZXEBER.COM xəbər verir ki, 2-8 dekabr tarixlərində Bakı Slavyan Universitetinin doktorantı İlyas Hüseynov və İstanbul Universitetinin magistrantı Rəşid Mustafazadə Moskvada Qorçakov adına İctimai Diplomatiya Fondu və Primakov adına Xarici Siyasət Əməkdaşlığı Mərkəzinin təşkil etdiyi "Gələcək naminə dialoq - 2018” adlı beynəlxalq elmi-maarifləndirici proqramda iştirak ediblər.

20-dən çox ölkə təmsilçilərinin qatıldığı builki layihənin əsas mövzusu "İctimai diplomatiya və müasir texnologiyaların sintezi beynəlxalq münasibətlərdə yeni trend kimi” olub. Proqram çərçivəsində dövlət nümayəndələri, politoloqlar, tanınmış siyasi və ictimai xadimlərlə görüşlər keçirilib və dünya gündəmindəki əsas məsələlər müzakirə edilib.

Yaxın Şərq, beynəlxalq təhlükəsizlik, müasir media, yüksək texnologiyaların dünyaya təsiri, diplomatiyada yeni tendensiyalar, dünyanın gələcək siyasi nizamı və s. müzakirə edilən əsas mövzular sırasında yer alıb.

İlyas Hüseynov və Rəşid Mustafazadənin dəyirmi masa və müzakirələrdə Azərbaycan və Türkiyənin siyasəti ilə bağlı səsləndirdikləri çıxışlar və suallar böyük marağa səbəb olub.

"Gələcək naminə dialoq - 2018” gedişatında ənənəvi olaraq Rusiyanın xarici işlər naziri Sergey Lavrovla iştirakçılar arasında xüsusi görüş keçirilib. İlyas Hüseynov çıxış edərək layihənin əsas mövzusuna diqqət çəkib və Sergey Lavrova müasir innovativ texnologiyaların, habelə yeni və sosial media vasitələrinin dünya siyasətinə təsiri barədə sualını ünvanlayıb.

Layihənin sonunda İlyas Hüseynov və Rəşid Mustafazadə "Gələcək naminə dialoq – 2018” elmi-maarifləndirici proqramda iştirak etdiklərinə görə fəxri diplomlarla təltif olunublar.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir