Azərbaycanlı gənclər: Mübarizi itirdik, Ramili istəyirik - VİRTUAL AKSİYA

GƏNCLİK
13:20 22.02.2012
1939
Xəbər verdiyimiz kimi, Macarıstanın paytaxtı Budapeşt 2004-cü ildə öldürülən azərbaycanlı zabit Ramil Səfərov tərəfindən öldürülən erməni Qurgen Marqaryanın ölüm ildönümüylə bağlı aksiya keçirilib.
Mitinqdə ermənicə və macarca nəşr olunan «Armenia» jurnalı iştirakçılara təqdim olunub. Aksiya Macarıstan Cəmiyyət Radiosu və Macar mətbuatında geniş işıqlandırılıb.
AZXEBER.COM-un məlumatına görə, ermənilərin bu aktivliyi azərbaycanlı gəncləri hiddətləndirib. “Facebook” social şəbəkəsində 30 mindən çox üzvü olan 30 səhifə (fan-page) virtual aksiya keçirib. Aksiyanın təşkilatçısı Fikrət Zakirovun dediyinə görə, aksiyaya maraq gözlədiklərindən də artıq olub: “20 fevral tarixində saat 21.30-da “Facebook”da 30 mindən çox üzvü olan 30 səhifə eyni anda 3 dildə “Mübarizi itirdik, Ramili istəyirik” sözlərini və qəhrəmanlarımızın fotolarını paylaşdı. Aksiyanı keçirməkdə məqsədimiz Azərbaycan cəmiyyətinin diqqətini yenidən bu məsələyə cəlb etmək idi. Sevindirici haldır ki, aksiyaya maraq gözlədiyimizdən də artıq oldu. Belə virtual aksiyalarımız çox olacaq.'Hacıbəy Heydərli

OXŞAR XƏBƏRLƏR