Azərbaycanlı gənclər Ukraynada Novruz bayramı keçirdi - FOTOLAR

GƏNCLİK
14:39 19.03.2013
10236
Ukraynada yaşayan və təhsil alan gənclərimiz Novruz bayramını "Azərbaycan" restoranında təntənəli şəkildə qeyd ediblər. 
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Dnepropetrovsk vilayət təşkilatının sədri Elza Bəkirovanın AZXEBER.COM-a verdiyi məlumata görə, bayram tədbiri Azərbaycanın bir parçası hiss etdikləri eyniadlı restoranda təşkil edilib. Dnepropetrovsk şəhərinin ağsaqqalları - Ukrayna Azərbaycan Konqresinin Dnepropetrovsk vilayətinin sədri Güdrət Hacıyev, Samiq Məmmədov və Zöhrab Mikayılovun təşkil etdikləri bayram şənliyi gənclərimiz üçün əsl Novruz hədiyyəsi olub. Bahar qızı, Kosa və Keçəlin iştirakı ilə keçən Novruz şənliyində həmvətənlərimiz bir neçə saatlıq da olsa, özlərini Azərbaycanda olduqları kimi hiss edib. Eləcə də səməni, şəkərbura, paxlava, qoğal, rənglənmiş yumurtalar və bir çox bayram nemətləri ilə bəzədilmiş bayram xonçaları tədbirə qatılan azərbaycanlı gənclərə sözün əsl mənasında bayram-əhval ruhiyyəsi yaşadıb. Tədbir sırf adət-ənənəmizə uyğun keçib və milli musiqilərimizin sədaları altında davam edib.

OXŞAR XƏBƏRLƏR