Azərbaycanlı hakerlər Sarkisyanın saytını dağıtdılar

DÜNYA
00:46 24.05.2012
2455

“Anti-armenia.ORG” saytının hakerləri bu hücumu öz üzərlərinə götürüb.

AZXEBER.COM-un elektron ünvanına daxil olan məktuba görə, bu gün səhər saatlarından etibarən özlərini “Anti-armenia.ORG” saytının əməkdaşları kimi təqdim edən bir qrup haker, Ermənistan prezidenti Serj Sarkisyanın “president.am” saytına hücum ediblər. Verilən məlumata görə, sayta hücüm günorta saatlarına qədər davam edib. Axşam saatlarında isə, sayta giriş bərpa edilib.

Qeyd edək ki, azərbaycanlı hakerlər bundan öncə də, Ermənistanın bir neçə dövlət saytlarını ələ keçirmişdilər.

OXŞAR XƏBƏRLƏR