Azərbaycanlı FİFA hakimi Əliyar Ağayev növbəti təyinatını alıb.
AZXEBER.COM-un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, referi karyerasında ikinci dəfə Avropa Liqasının qrup mərhələsində oyun idarə edəcək.
Ağayev E qrupu çərçivəsində sentyabrın 29-da "Stadio Olimpiko”da keçiriləcək "Roma” (İtaliya) – "Astra” (Rumıniya) oyununda ədalət təmsilçisi olacaq.
Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov, əlavə köməkçi hakimlər Rəhim Həsənov və Orxan Məmmədov olacaq.
Dördüncü hakim funksiyasını isə Mübariz Haşımov yerinə yetirəcək.
Əliyar Ağayevin işinə hollandiyalı Rene Temmink qiymət verəcək.
Görüşün UEFA nümayəndəsi isə israilli Rotem Kamer olacaq.