4-cü dəfə peyvənd olunan həkim: Hələ də COVİD-i ağır keçirmə ehtimalım var - FOTO

4-cü dəfə peyvənd olunan həkim: Hələ də COVİD-i ağır keçirmə ehtimalım var - FOTO
SOSİAL
16:14 24.08.2021
2365
Azərbaycanlı həkim 4-cü dəfə peyvənd olunub.

AZXEBER.COM xəbər verir ki, həkim Yasin Haqverdi özü bu haqda məlumat verib. 

O bildirib ki, koronavirus xəstələri ilə çalışdığı üçün belə addım atıb:

"4-cü doz peyvənd olundum: 2 doz Sinovac + 2 doz Biontech.

Pandemiya başlayandan bəri korona xəstələrinin də olduğu xəstəxanada işləyirəm. Bu günə qədər maska, məsafə, təmizlik qaydasına tam əməl etmişəm, 12 dəfə PCR testi vermişəm və negativ  çıxmışam. Bu gün də 4-cü dəfə peyvənd olundum".

Həkim deyib ki, 4 peyvənd olunsa da, hələ də yoluxma riski var:

"Amma bu qədər qorunmağa və peyvəndə baxmayaraq, koronaya yoluxma və ağır keçirtmə ehtimalım hələ də var. Orta məktəblərdə isə "ehtimal, faiz, nisbət" mütləq dəqiq öyrədilməlidir, bütün elm bunların üstündə qurulub".
 

 


OXŞAR XƏBƏRLƏR