Azərbaycanlı uzman Türkiyədə baş həkim təyin olundu

Azərbaycanlı uzman Türkiyədə baş həkim təyin olundu
SOSİAL
14:09 10.06.2024
6935
Azərbaycan əsilli uzman-həkim İlham Qafarlı Türkiyədəki dövlət xəstəxanalarından biri olan və Sinop şəhərində yerləşən Atatürk Dövlət Xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunub.

AZXEBER.COM xəbər verir ki, 1983-cü ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunda anadan olan İlham Qafarlı orta təhsilini 2001-ci ildə Bakıdakı 202 nömrəli məktəbdə tamamlayıb. 2009-cu ildə isə İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsindən məzun olub.

O, 2015-2017-ci illər arasında Bezmialem Vəqf Universiteti Tibb Fakültəsinin Tibbi Patologiya şöbəsində çalışıb. 2017-2022-ci illər arasında isə Acıbadem Mehmet Ali Aydınlar Universiteti Tibb Fakültəsinin Daxili Xəstəliklər Kafedrasında uzmanlıq təhsili alıb. Bu təhsil ocağında "Preclinical effectiveness study of NK92 cells expressing BCMA CAR, CD16, IL12 in multiple myelom disease (Çoxlu myelom xəstəliyində bcma CAR, CD16, IL12 ifadə edən NK92 hüceyrələrinin preklinik təsirinin öyrənilməsi)” adlı elmi işini müvəffəqiyyətlə müdafiə edərək daxili xəstəliklər üzrə mütəxəssis ünvanını alan İ. Qafarlı eyni müəssisədə 3 fevral 2023-cü il tarixinədək daxili xəstəliklər mütəxəssisi olaraq çalışıb.

2023 ilin fevral ayında Durağan Şəhid Hakan Tanrıqulu Dövlət Xəstəxanasında fəaliyyətə başlayan İ. Qafarlı 1 Mart 2023 tarixində eyni xəstəxananın baş həkimi vəzifəsinə təyin olunub. 22 May 2024 tarixində isə İ. Qafarlıya Sinop Atatürk Dövlət Xəstəxanasının baş həkimlik vəzifəsi verilib.

Onu da qeyd edək ki, uzman-həkim İ. Qafarlı tibb təhsili ilə yanaşı distant təhsillə oxuduğu Anadolu Universitetinin Səhiyyə Müəssisələrinin İdarə Edilməsi ixtisasından 2014-cü ildə, Beynəlxalq Əlaqələr ixtisasından 2016-cı ildə, Sosial Media İdarəçiliyi ixtisasından isə 2021-ci ildə məzun olub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İki yaşdan kiçik uşaqlara şokolad vermək olar?
22:12 11.07.2026
İki yaşdan kiçik uşaqlara şokolad vermək olar?
Deputatlar məzuniyyətə çıxır: Quba, Qarabağ, Lerik... - Kim hara gedəcək?
21:52 11.07.2026
Deputatlar məzuniyyətə çıxır: Quba, Qarabağ, Lerik... - Kim hara gedəcək?
İş axtaran 50 yaşdan yuxarı şəxslərə şad xəbər: məhdudiyyət aradan qalxır?
21:41 11.07.2026
İş axtaran 50 yaşdan yuxarı şəxslərə şad xəbər: məhdudiyyət aradan qalxır?
Yaxın Şərqdə GƏRGİNLİK: İsrail Livana zərbələr endirdi
21:25 11.07.2026
Yaxın Şərqdə GƏRGİNLİK: İsrail Livana zərbələr endirdi
Bakıda işçi müdirini qətlə yetirib, meyitini gölə atdı
21:08 11.07.2026
Bakıda işçi müdirini qətlə yetirib, meyitini gölə atdı
Quzeyxırman və Güneyxırman sakinləri ilə görüşə dair paylaşım - Video
20:56 11.07.2026
Quzeyxırman və Güneyxırman sakinləri ilə görüşə dair paylaşım - Video
Qaradağda ağır qəza - Ölən və yaralananlar var - Fotolar
20:35 11.07.2026
Qaradağda ağır qəza - Ölən və yaralananlar var - Fotolar
32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi - Foto
20:25 11.07.2026
32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi - Foto
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
20:20 11.07.2026
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
"Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir"
20:18 11.07.2026
"Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir"
İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
20:17 11.07.2026
İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
20:00 11.07.2026
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub
19:57 11.07.2026
İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub
Avropada anomal istilər dalğası - Ən təhlükəli vəziyyət NƏ VAXTA GÖZLƏNİLİR?
19:45 11.07.2026
Avropada anomal istilər dalğası - Ən təhlükəli vəziyyət NƏ VAXTA GÖZLƏNİLİR?
Bulvarda batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi - VİDEO
19:24 11.07.2026
Bulvarda batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi - VİDEO
Azərbaycan Prezidenti: Artıq köçkün həyatı keçmişdə qaldı
19:15 11.07.2026
Azərbaycan Prezidenti: Artıq köçkün həyatı keçmişdə qaldı