Azərbaycanlı idmançı nazirliyin önünə benzin tökdü:Yaxın gəlsəz, özümü yandıracam - VİDEO

ÖZƏL
17:04 11.08.2017
19685
Azərbaycanlı idmançı, uşu-sanda idman növü ilə məşğul olan Emin İsmayılov təkbaşına aksiya keçirib.
 
AZXEBER.COM-un məlumatına görə, idmançı Gənclər və İdman Nazirliyinin binası önünə benzin töküb və nazirliyə təkbaşına etiraz edib.
 
İdmançı deyib: "3 ildir ki, məni süründürürsüz, dinləmirsiz. Əgər cəsarətiniz varsa, mənə yaxınlaşın, kimsə məni yaxınlaşsa, özümü yandıracam".
 
Ərazidə olan polislərin müdaxiləsindən sonra idmançı hadisə yerindən uzaqlaşdırılıb. Dostlarının dediyinə görə, 3 saatdan çoxdur ki, ondan xəbər yoxdur.
 
Qeyd edək ki, Emin İsmayılov bir neçə müddətdir ki, ciddi zədədən əziyyət çəkir. O dəfələrlə müalicəsi üçün nazirliyə müraciət etsə də, müsbət cavab ala bilməyib. Bu səbəbdən də boksçu özünü yandıracağını deyib. 
 
O həmçinin qeyd edib ki, yaxın günlərdə özünü yandıracaq. 
 
Həmin videonu təqdim edirik:

 

 

 


OXŞAR XƏBƏRLƏR