Azərbaycanlı ilə evli olan erməni: “Bütün Qarabağ – Azərbaycanın ərazisidir” - VİDEO

Azərbaycanlı ilə evli olan erməni: “Bütün Qarabağ – Azərbaycanın ərazisidir” - VİDEO
SİYASƏT
13:02 29.11.2021
5387
Dmitri Moisyan – milliyyətcə ermənidir, ancaq Bakıda doğulub və paytaxtımızda 17  il yaşayıb. Buna baxmayaraq, Azərbaycan paytaxtına sevgisi həmişəlik qəlbində qalıb.

CBC TV-nin efirində Dmitri Moisyan Sovet İttifaqı dönəmində özünün və ailəsinin Bakıda necə xoşbəxt yaşamasından bəhs edib.

"Yalnız yaxşı şeylər xatırlayıram. Pis heç nə deyə bilmərəm. Hələ də Bakıya getmək istəyirəm. Bura möhtəşəm beynəlmiləl şəhərdir. Qonşularla mehriban yaşayırdıq. Milli zəmində heç vaxt sual yaranmayıb. Heç kim milliyyətlə maraqlanmırdı, sadəcə ünsiyyət saxlayırdı”, - deyə o bildirib.

D.Moisyan hələ münaqişə başlanmasından əvvəl 1989-cu ildə Simferopol Ali Hərbi Peşə məktəbinə daxil olduğu üçün Bakıdan gedib. Qayıtmaq istədikdə isə məlum olub ki, ailəsi də məlum hadisələrə görə Bakını tərk edir.

Lakin D.Moisyan Ermənistana getmək istəməyib və hazırda da İsraildə yaşayır.

"Bəli, mən milliyyətcə erməniyəm, amma Ermənistan məni heç vaxt özünə çəkməyib. Bu, mənlik deyil”, - deyə ailəsində heç kimin etnik vətənlərinə qayıtmağı düşünmədiyini, təklif etmədiyini söyləyən D.Moisyan qeyd edib.

"Tezliklə 50 yaşım tamam olacaq. Bakını 17 yaşım olanda tərk etmişəm. Nə deyə bilərəm ki, ürəyim hələ də Bakıdadır. Ora mənim vətənimdir. Ermənistanla məni heç nə və heç kim bağlamır”, - deyə D.Moisyan bildirib.

O, həmçinin azərbaycanlı xanımla evli olduğunu etiraf edib.

"Doğulandan bilirəm ki, bütün Qarabağ – Azərbaycanın ərazisidir. Bundan başqa heç nə deyə bilmərəm. Doğulandan bilirəm ki, bütün bu ərazilər Azərbaycanındır”, - deyə D.Moisyan vurğulayıb.

Sonda D.Moisyan bildirib ki, azərbaycanlılarla ermənilərin sülh içində yaşaya biləcəyinə inanır, çünki bu xalqlar nə vaxtsa dost kimi yaşayıblar.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
MDB Dövlət Başçıları Sammitinin yekununda bir sıra sənədlər imzalanacaq
09:49 09.10.2026
MDB Dövlət Başçıları Sammitinin yekununda bir sıra sənədlər imzalanacaq
Sərdar Berdiməhəmmədov: MDB ölkələri əməkdaşlığın inkişafı üçün bütün imkanlara malikdir
09:46 09.10.2026
Sərdar Berdiməhəmmədov: MDB ölkələri əməkdaşlığın inkişafı üçün bütün imkanlara malikdir
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir
09:37 09.10.2026
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir
İstanbulda çökən binada ölənlərin sayı 5-ə yüksəlib
09:31 09.10.2026
İstanbulda çökən binada ölənlərin sayı 5-ə yüksəlib
Bakıda daha 3 marşrutun hərəkət sxemləri müvəqqəti dəyişdirilib
09:21 09.10.2026
Bakıda daha 3 marşrutun hərəkət sxemləri müvəqqəti dəyişdirilib
İlham Əliyev Türkmənbaşıda MDB Dövlət Başçıları Şurasının iclasında iştirak üçün "Avaza" Kompleksinə gəlib
09:16 09.10.2026
İlham Əliyev Türkmənbaşıda MDB Dövlət Başçıları Şurasının iclasında iştirak üçün "Avaza" Kompleksinə gəlib
İnsanların gözü qarşısında edam ediləcək - 90 il sonra ilk dəfə
09:12 09.10.2026
İnsanların gözü qarşısında edam ediləcək - 90 il sonra ilk dəfə
Premyer Liqa: “Neftçi” liderlik yolunda “Sabah”la qarşılaşır
09:06 09.10.2026
Premyer Liqa: “Neftçi” liderlik yolunda “Sabah”la qarşılaşır
“ABŞ İrana qarşı yeni hücum planları hazırlayır”
08:59 09.10.2026
“ABŞ İrana qarşı yeni hücum planları hazırlayır”
“Hücumlara hazır olun, ehtiyat toplayın”
08:48 09.10.2026
“Hücumlara hazır olun, ehtiyat toplayın”
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
08:42 09.10.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İlham Əliyev Trampa Nobel Sülh Mükafatının veriləcəyinə ümid etdiyini bildirib
08:35 09.10.2026
İlham Əliyev Trampa Nobel Sülh Mükafatının veriləcəyinə ümid etdiyini bildirib
Yaponiyada ABŞ hərbçisinin şübhəli bilindiyi qətl etirazlara səbəb olub
08:30 09.10.2026
Yaponiyada ABŞ hərbçisinin şübhəli bilindiyi qətl etirazlara səbəb olub
Nyu-York meri Trampa çağırış etdi: ICE əməliyyatları dayandırılsın
08:22 09.10.2026
Nyu-York meri Trampa çağırış etdi: ICE əməliyyatları dayandırılsın
Venesuela dolların rəsmi valyuta kimi tətbiqindən imtina edir
08:14 09.10.2026
Venesuela dolların rəsmi valyuta kimi tətbiqindən imtina edir
Sudanda üsyançı komandir 300 döyüşçü ilə ordunun tərəfinə keçib
08:06 09.10.2026
Sudanda üsyançı komandir 300 döyüşçü ilə ordunun tərəfinə keçib